Keçid linkləri

-

HOMOSOVETİKUS

Siyasətin və ictimai həyatın çox özünəməxsus qəribəlikləri olur. Bəzən elə olur ki, baş verəcəyi gözlənilən hadisə əslində baş verir, sadəcə insanlar onu görmür və ya gördüklərinin həmin hadisə olduğuna inana bilmir və ona görə də onun izlərini başqa yerdə axtarırlar.

Bu mənada bu gün böyük bir siyasi arealda baş verən hadisələr, Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik də istisna deyil.

Neçə gündür ki, diqqətlə Rusiyanın yazılı və elektron mediasını izləyirik. Elə ilk anda adamın diqqətini çəkən SSRİ-yə xas olan üslubun və yanaşma tərzinin, ideoloji «ustanovka»ların Rusiya mediasına yenidən qayıtmasıdır.

Jurnalistdən daha çox xüsusi xidmət strukturlarının əməkdaşlarını xatırladan aparıcılara, təhlilçilərə və reportyorlara böyük meydan verilib, xəbər proqramları bütünlüklə Ukraynaya həsr olunur.

Ona görə də bir detalı vurğulamaq lazım gəlir ki, ərazi və qlobal ideologiya baxımından olmasa da lokal mənada SSRİ «qayıdıb». Düzdür, bu qayıdış hələ məhdud bir ərazidə - Rusiyada hiss olunur, amma onu duymamaq çətindir.

Məsələ bundadır ki, SSRİ təkcə ideoloji və geosiyasi fenomen deyildi. Bu rejim sosial-psixoloji insan tipini - homosovetikusu yaratmışdı.

Ərazi və qlobal ideologiya baxımından olmasa da lokal mənada SSRİ «qayıdıb». Düzdür, bu qayıdış hələ məhdud bir ərazidə - Rusiyada hiss olunur, amma onu duymamaq çətindir.
Bu tipin hadisə və proseslərə özəl, öz şəxsi münasibəti yox idi, o, tutuquşu kimi rəsmi ideologiyanın ona sırıdığı «ustanovkalar»ı təkrar edir və məsələləri öz məntiq süzgəcindən keçirmirdi.

Rusiyada adamlar özlərini elə aparırlar ki, sanki dünyanın nədən onlara qeyzləndiyini başa düşə bilmirlər. Halbuki məsələ olduqca sadədir - Rusiya bir başqa dövlətin, suveren dövlətin ərazisinin bir hissəsini ilhaq edib. İndi də onun başqa ərazilərinə göz dikib.

ETİRAZÇILAR, YOXSA RUSİYANIN EMİSSARLARI?

Şərqi Ukraynada «etiraz edən» insanları göstərirdilər. Üzlərinə maska taxmış bu adamlar adi, dinc etirazçıdan daha çox Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarını xatırladırdılar. Üstəlik, kütləvi etiraz əlamətləri də görünmürdü, bir neçə min etirazçı ancaq olardı.

Kiçik etirazları kütləvi etiraz kimi qələmə vermək və ya lazım gələrsə bunun əksini etmək SSRİ-dən qalma xüsusiyyətdir. Bu gün Rusiya SSRİ-nin bütün atributları kimi onun ideoloji «ustanovka»larına da varislik edir.

VİTRİNLƏRDƏ KOLBASA QALMAYANDA...


Amma tək təbliğatla heç nə həll olunmur. Təbliğatla insanları qısa müddətə aldatmaq mümkündür, amma əbədi olaraq aldatmaq olmaz.

Düşünürük ki, o, şeyi ki, Rusiya rəsmiləri ört-basdır etməyə çalışır, onu bütün dünya görür - Rusiyanın iqtisadiyyatı artıq ləngər vurur. Düzdür, planlı sovet iqtisadiyyatdan fərqli olaraq indi Rusiyada bazar iqtisadiyyatıdır, onun immuniteti bir az artıqdır. Amma hesablar dondurulanda, şirkətlər bazarlardan çıxarılanda buna hətta bazar iqtisadiyyatı da davam gətirmir. Artıq Rusiyanın iqtisadiyyatı bütün parametrlər üzrə geriləyir. Hətta Rusiyanın iftixarı sayılan «Qazprom»un aksiyaları düşməyə başlayıb.
Rusiya yönlü etirazçıların Donetskdə qurduğu barrikada

Rusiya yönlü etirazçıların Donetskdə qurduğu barrikada


On illər bundan əvvəl Qərb ölkələri bircə güllə atmadan SSRİ-ni çökdürdülər.

İndi də ardıcıl sanksiyalar tətbiq edilsə Rusiya da çökəcək.

Rusiya tarixi həmişə kolbasadan və araqdan asılı olub. Hər şey mağazaların vitrinlərindən kolbasının və arağın yoxa çıxdığı məqamda başlayacaq, o vaxt Rusiyada insanlar dünyanın nədən onlardan üz döndərməsini nəhayət ki, anlaya biləcəklər.

KRIM GETSƏ DƏ...

Rusiya tarixi həmişə kolbasadan və araqdan asılı olub. Hər şey mağazaların vitrinlərindən kolbasının və arağın yoxa çıxdığı məqamda başlayacaq, o vaxt Rusiyada insanlar dünyanın nədən onlardan üz döndərməsini nəhayət ki, anlaya biləcəklər.
Yox, Krım sarıdan biz də o qədər optimist deyilik. Krımın problemi həm də ondadır ki, burada əsasən ruslar məskunlaşıb. Ona görə də Krım Rusiyada qalacaq. Amma bir vaxt Rusiyadan nə qalacaq, bax, bunu bilmirik...

İndi əsas odur ki, Rusiyanın Ukraynanın şərq rayonlarını işğal etməsinin qarşısı alınsın. Əgər ilhaq prosesinin qarşısı alınsa onda ümid etmək olar ki, Ukrayna irəli gedəcək.

Dünya dövlətlərindən də ən çox umulan isə ardıcıl olmaqdır. Bəlkə onlar ardıcıl olsa onda ümid etmək olar ki, bu proses müsbət sonluqla bitəcək və biz daha bir imperiyanın çöküşünün şahidi olacağıq.

O ki qaldı Rusiyanın işğalçı siyasətinin Ukraynadan kənara çıxmasına, buna bir o qədər də inanmırıq. Bunun ehtimalı azdır. Ona görə ki, Krımın ilhaq edilməsi elə bir təpki ilə qarşılandı, çətin ki, Rusiya öz planlarını genişləndirmək fikrinə düşsün. Başqa ərazilərə müdaxilə etmək əslində böyük müharibəyə çağırış olardı. Buna Rusiya çətin ki, getmiş olsun. Son günlər daha çox Moldova sarıdan narahatlıq vardı. Bu, Rusiyanın cəzalandırmağa və öz ətrafında saxlamağa cəhd etdiyi daha bir ölkə idi. Amma hələ ki sakitlikdir.

İndi Rusiya daha çox Ukraynanı və Avropanı qazla təhdid etməklə məşğuldur. Amma bu bumeranq kimi bir şeydir. Rusiya Avropadakı qaz bazarını itirsə nə edəcək? Rusiyada hələ bu fikri özlərindən uzaqlaşdırmağa çalışırlar, onun haqda hətta düşünmək istəmirlər. Amma bu, nə vaxta qədər olacaq?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG