Keçid linkləri

Moskvanın Sağ sektor ittihamları tvitter memi yaradır


Sağ sektorun lideri Dmytro Yarosh Ukraynada keçirilən prezident seçkilərinə qoşulur

Sağ sektorun lideri Dmytro Yarosh Ukraynada keçirilən prezident seçkilərinə qoşulur

Aprelin 20-də Slavyansk yaxınlığındakı qanlı toqquşmanı işıqlandıran Rusiya mediası rus separatçılarına hücumun «Sağ sektor» yaraqlıları tərəfindən həyata keçirildiyini elan etdi.

Milyonlarla adam «Ukrayna faşistlərinin cinayəti»nin sübutu kimi hadisə yerindən tapılan «Sağ sektor» lideri Dmytro Yaroshun vizit kartına telekanallarda baxa bildi.

Xəbər belə idi ki, Jip maşınlarda separatçıların barrikadasına yaxınlaşan maskalı şəxslər silahsız adamları gülləbaran ediblər, dinc separatçılar da cavab atəşi (?) ilə onları geri çəkilməyə məcbur ediblər.

Sosial media zəmanəsidir, indi 1 jurnalistə minlərlə tənqiçdi düşür. Odur ki, xəbər yayılandan dərhal sonra şəbəkələrə sual işarəsi ilə bitən şərhlər axını başladı ki, əcəba, atışmada yanıb külə dönən maşının içində Yarosh-un vizit kartı özünü oddan neçə qoruya bilərdi?

Lakin artıq Rusiyanın xarici işlər naziri Lavrov Kiyevi silah işlətməkdə günahlandırır, separatçıların lideri isə Putinə müraciət edirdi ki, «Krımdakı kimi bizi də müdafiə elə».

Bu zaman isə Yaroshun fotosu, telefon nömrəsi və elektron ünvanını əks etdirən qırmızı-qara vizik kartı memə - tvitterdə sürətlə yayılan kütləvi satira yarışmasına start vermişdi. Lavrovun qəzəbi ilə paralel olaraq mikrobloqda yaradılan haştaqlar öz işini görmüş və hətta # ВизиткаЯроша adlı səhifə də yaradılmışdı.

Slavyansk faciəsinə hər hansı aidiyyatını inkar edən Sağ sektorun Rusiyadan inciməyi əbəsdir. Ukrayna böhranının mərkəzi Kiyevədn Krıma və Donbassa keçəndən bəri unudulmaq üzrə olan Dmytro Yarosh bir gecənin içində yenidən bütün dünyada məşhurlaşdı. Seçkiyə gedən siyasətçiyə bundan artıq nə lazımdır ki…

Aşağıda sosial media yaradıcılığından bəzi nümunələri təqdim edirik.
XS
SM
MD
LG