Keçid linkləri

-

TABULAR ÖLKƏSİ

Nə qəribə ki, qlobal açıq cəmiyyətlər forumu bu adı özündə daha yaxşı ehtiva edə biləcək başqa bir ölkədə yox, Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir!

Bunu eşidən kimi dərhal acıq cəmiyyətlərlə bağlı bütün bilgilərimizi səfərbər etdik. Bəs nədir açıq cəmiyyət?

Bu elə bir cəmiyyətdir ki, orada tabu yoxdur, insanlar hər şeyə tənqidi yanaşır və onların daim seçim imkanı olur, heç nə onlara apriori olaraq qəbul etdirilmir. Onlar hətta belə bir fikri qəbil edirlər ki, təbiətin qanunlarından fərqli olaraq cəmiyyətin qanunları konvensional xarakter daşıyır, yəni bu qanunlar mütləq həqiqətlər kimi deyil, insanların iradəsindən asılı olan müddəalar kimi nəzərdə tutulur.

Keçmiş sovet məkanında indi elə bir ölkə yoxdur ki, o, açıq cəmiyyət modeli kimi qəbul edilsin.

Güman ediriik ki, bu fikirlə çoxu razılaşar. Bu ölkələrdə hətta normal seçkilər keçirilmir, onda qala ki, qlobal seçim imkanı ola...

Qonaqlar çox mötəbər insanlar idi. Aralarında hətta keçmiş prezidentlər, baş nazirlər vardı. Onları qınamaq fikrindən uzağıq.

Sadəcə, tədbirin təşkilat komitəsi gərək əvvəldən bəzi nüansları nəzərə alaydı ki, sonradan ironiya üçün predmet qalmayaydı. İroniya da məqsədli və ən başlıcası qərəzli xarakter daşımır. Sadəcə, Azərbaycanda cəmiyyət həyatının çox az kəsimində həqiqətən də seçim imkanı qalıb. Bura tabular ölkəsidir. Hamının əvəzinə bir neçə adam “düşünür”, böyük əksəriyyət isə sadəcə, icraçıdır.
Keçmiş sovet məkanında indi elə bir ölkə yoxdur ki, o, açıq cəmiyyət modeli kimi qəbul edilsin.


Tabular çoxdur. Onları sadalamaqla qurtarmaq olmaz. Özü də bu tabular sırf subyektiv təfəkkürün məhsuludur. Onlarda azacıq obyektivlik olsaydı bəlkə də bu, qan qaraltmazdı.

Məsələ bundadır ki, hələ demokratik cəmiyyətlərin böyük hissəsi açıq cəmiyyət kimi qəbul edilmir, ondan qala ki, avtoritar siyasi sistemlər ola...

Açıq cəmiyyət müəyyən mənada post-demokratik cəmiyyət hesab edilə bilər. Keçmiş sovet məkanında isə hələ demokratik cəmiyyətlər bərqərar olmayıb...

DİNİ TOLERANTLIQ: MİF, YOXSA...

Dini tolerantlıq Azərbaycanda açıq cəmiyyətin bəlkə də yeganə elementi idi. Məsələn, Azərbaycanda heç vaxt anti-semitizm olmayıb. İndi İsraildə yaşayan fantast-yazıçı və alim P.Amnuel də belə hesab edir ki, bu ölkədə ən azı məişət səviyyəsində heç vaxt anti-semitizm olmayıb.

Amma son vaxtlar dini tolerantlıq da mübahisə predmetinə çevrilib. Məsələn, bir vaxt kiminsə başqa dini qəbul etməsi ictiami qınaq səviyyəsində təhdid edilirdisə indi buna az qala kriminal məzmun veriblər.

İndi ölkədə əsl “nurçu ovu” gedir. Gah bu, gah da başqa dövlət xadimi nurçuluqda ittiham olunur, onların az qala kütləvi şəkildə məsuliyyətə cəlb edilməsi prosesi gedir. Bizim nurçular və onların fəaliyyəti haqda bilgilərimiz o qədər də çox deyil. Bir məsələni bilirik ki, əgər nurçuluq dini təriqətdirsə, totalitar sekta deyilsə, qanun çərçivəsində fəaliyyət göstərirsə, qeydiyyatı varsa onlar niyə hüquqi təqibə məruz qalmalıdırlar?
Azərbaycanda iudaizm, xristianlıq və islam hansısa hüquqi təqibə, ictimai ayrıseçkiliyə məruz qalmır. Amma bu prinsip digər təriqətlərə də şamil olunmalıdır. Yalnız o vaxt həqiqi dini tolerantlıqdan danışmaq olar...


Ənənəvi, səmavi dinlərə hörmət yaxşı məsələdir. Bunu təqdir etmək olar. Amma din və etiqad azadlığı ənənəvi dinlərdən kənara çıxanda sınağa çəkilir.

Din azadlığı haradan başlanğıc götürdü? Reformasiya dövründən. O vaxtdan ki, insanlar ənənəvi dinlərdən birinin-xristianlığın kanonlarından kənara çıxmağa başladılar, onları təftiş etmək yolunu tutdular...

Bəli, Azərbaycanda iudaizm, xristianlıq və islam hansısa hüquqi təqibə, ictimai diskriminasiyaya məruz qalmır. Bu, təqdirəlayiqdir. Amma bu prinsip digər təriqətlərə də şamil olunmalıdır.

Yalnız o vaxt həqiqi dini tolerantlıqdan danışmaq olar...

İDEYA MÜXTƏLİFLİYİ...

Burada başqa bir detalı da xatırlamaq olardı. Azərbaycanda da ideoloji dövlətin təzahürləri hiss olunur. İnsanlar fikir bildirməkdə sərbəst deyillər. Azad fikir təkcə ictimai qınağa məruz qalmır, o, bəzən, özü də tez-tez hüquq müstəvisinə çəkilir.

Azərbaycanlı məmurlar çox varlıdırlar, bəli, olduqca varlıdırlar. Amma bu, onlara heç də əsas vermir ki, jurnalistlərin və medianın da özləri kimi varlı olduğunu düşünsünlər. Amma mediyaya qarşı yönələn cərimələr nə qədərdir? Budurmu acıq və azad cəmiyyət? Hər halda, buna inanmaq istəməzdik...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG