Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan nüfuzlu yarışmadan 3 medalla qayıdıb


-

8-12 May 2014-cü il tarixlərində Rumıniyada keçirilən «İnfomatrix» beynəlxalq yarışmasında Azərbaycan 2 kateqoriya üzrə bir qızıl və iki bürünc medal qazanıb.

Yarışmanın bürünc medalını qazanan Rəşad Əliyev AzadlıqRadiosuna bildirib ki, onların hazırladıqları «e-tea» adlı proqram bu kateqoriya üzrə yarışmanın 3-сüsü olub.

Müsabiqənin digər bürünc medalını Zaur Balaqadaşovun rəhbərlik etdiyi komanda «Kafqaz» adlı robota görə qazanıb.

Qafqaz Universitetinin tələbələri Əsəd Məmmədov və Tərlan Bakirlinin «Qusumo» robotu isə «Lego sumo» yarışmanın qızıl medalını əldə edib.

Yarışmada müxtəlif ölkələrdən çoxlu komanda iştirak edib.

Bu müsabiqə informasiya texnologiyaları sahəsində nüfuzlu yarışma sayılır.
XS
SM
MD
LG