Keçid linkləri

-
Alman dizayner Markus Gerke İnstagram üçün hazırladığı eynəyi təqdim edib. Eynəklər şəkil çəkib internetdə paylaşa bilir. Eynəklərə 5 MP kamera və mikro kompüter yerləşdirilib. Beləliklə, bir düyməyə basaraq şəkil çəkə, daha sonra eynəyin şüşəsində effekt tətbiq edildikdə necə olacağını görə bilərsiniz. Üstəlik çəkilən şəkli həmin anda İnstagram-a yükləmək, paylaşmaq mümkündür.

“Instaglasses”(insta-eynək) adlanan bu eynəklər haqqında dizayner özü “Bir çox insan İnstagram istifadə edir. Həyatınızın hər anını, gördüklərinizi anında paylaşmaq gözəl olmazmı?” -deyib.
XS
SM
MD
LG