Keçid linkləri

ABŞ məhkəməsi Çinin 5 hərbi rəsmisini kiber casusluğa görə məhkum edib.

Adı çəkilməyən həmin rəsmilər ABŞ-ın nüvə zavodları, metal və günəş enerjisi müəssisələrindən casusluqda ittiham olunurlar.

Media məlumatlarına görə, Çinin hakerlərinin hədəfi ABŞ-ın Alcoa, United Steels, Westinghouse, Allegheny Technologies kimi şirkətləri olub.

Washington Post qəzetinin yazdığına görə, məhkum olunanların 5-i də Çin Xalq Ordusunun zabitləridir.

Mandiant təhlükəsizlik şirkətinin 2013-cü ilin fevralında yaydığı hesabata görə, Çin öz ordusunun tərkibində xüsusi birləşmə yaradıb. Bu birləşmənin işi xaricdən intellektual mülkiyyəti və hökumət sirlərini oğurlamaqdır.

Şərhləri göstər

XS
SM
MD
LG