Keçid linkləri

-
Auksion saytı eBay dünən axşam etdiyi açıqlamasında bütün istifadəçilərdən şifrələrini dəyişməklərini istəyib.

Bir müddətdir ki, eBay-ə kiber hücumlar davam edirdi. Fevral və mart aylarında da, eBay təsisçiləri hakerlər tərəfindən hücumlar olduğunu açıqlamışdılar. Sonunda, hakerlər eBay-in istifadəçi bilgiləri bölümünə və buradakı bilgilərə çatmağı bacardılar.

eBay-də qeydiyyatda olan ad və şifrələrlə yanaşı, istifadəçilərin ünvanları, doğum tarixləri, elektron poçt məlumatları da ələ keçirilib. Ancaq hacker-lər kredit kartı və maliyyə bilgilərinə çata bilməyiblər. eBay bu məlumatların təhlükəsiz olduğunu bildirsə də, bütün istifadəçilərdən şifrələrini dəyişməklərini istəyib.

Əgər sizin də eBay-də hesabınız varsa, şifrənizi ən qısa müddətdə dəyişməyiniz məsləhətdir.

Şərhləri göstər

XS
SM
MD
LG