Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan dilində danış, ingilis dilində eşitsin


Skype translator
Skype translator
-
Artıq müxtəlif dillərdə danışan insanlar Skype vasitəsilə rahatca ünsiyyət qura biləcəklər. Belə ki, «Microsoft» şirkəti «Skype Translator» (tərcüməçi) xidmətini təqdim edib.

Bu texnologiya sayəsində fərqli dillərdə danışan insanlar bir-birilərini öz dillərində eşidəcəklər. Çünki bu funksiya real zaman çərçivəsində nitqi müxtəlif dillərə tərcümə edə bilir.

Təqdimat zamanı Microsoft Araşdırma şöbəsinin rəhbəri Peter Lee bildirib ki, «Skype Translator» vasitəsilə təhsil, siyasət və digər sahələrdə dil əngəli aşılacaq, hətta çoxdilli ailələr və iş yerləri mümkün olacaq.

Bu ilin sonunadək «Skype Translator» funksiyasını Windows 8 əməliyyat sistemində istifadə etmək mümkün olacaq.
XS
SM
MD
LG