Keçid linkləri

-
BU DƏFƏ UKRAYNA OLMASA DA...

Avrasiya İqtisadi Birliyinin yaradılması onsuz da gündəmdə olan Rusiya siyasətini bir az da aktuallaşdırdı. Təsadüfi deyil ki, bu prosesdə SSRİ-nin bərpa edilməsinin izlərini görənlər də oldu.

Amma tələsmək lazım deyil. MDB-ni də üç ölkə təsis etmişdi. Onlardan biri də Ukrayna idi. Amma indi Avrasiya İqtisadi Birliyini təsis edənlərin sırasında Ukrayna yox idi, onu Qazaxıstan əvəz edirdi. Bunun özü müəyyən geosiyasi transformasiyanın baş verməsinə işarə ola bilər.

İndi məhz bu transformasiya, dünyanın və regionun növbəti geosiyasi arxitekturasının yarana bilməsi insanları ən çox düşündürən məsələdir. Bunu reallığa çevirmək üçün bütün əsaslar var. Bəlkə də birinci səbəb Rusiya prezidenti Vladimir Putin və onun ekzotik geosiyasi planlarıdır. Bunlara ironiya etmək olar, amma nəzərə çarpan odur ki, Rusiya prezidenti heç də dinc dayanmaq istəmir, o, özünün geosiyasi şüarlarını gerçəkliyə çevirmək əzmindədir.

NATO ÖHDƏLİK GÖTÜRMƏK İSTƏMİR...

Əks tərəfdə, Qərb ölkələrinin alyansında da müxtəlif fikirlər səslənir. Hazırda belə deyilir ki, Krım ilhaq olunmasaydı, Ukraynanın şərqində bu proseslər baş verməsəydi onun NATO-ya üzv qəbul edilməsi tam real idi.

NATO o ölkələri sıralarına qəbul edir ki, həmin ölkələr hansısa daxili və xarici münaqişəyə cəlb edilməsin. Alyansın nizamnaməsinin 5-ci maddəsinə görə üzvlərdən birinə təhlükə yaranacağı təqdirdə o, buna dərhal reaksiya verməlidir.
Bu xüsusda nə demək olardı? Məlumdur ki, bu vaxta qədər NATO-da düz altı dəfə genişlənmə prosesi baş verib. Bunun üç dalğası isə məhz 90-cı illərə təsadüf edir.

Ola bilsin ki, indi planda Ukraynanın da Alyansa üzv edilməsi məsələsi vardı. Amma Alyans liderlərin son bəyanatlarından sonra, həm də NATO-nun spesifik tələbləri baxımından bu xüsusda optimist qənaətə gəlmək elə də asan məsələ deyil.

Məsələ bundadır ki, NATO o ölkələri sıralarına qəbul edir ki, həmin ölkələr hansısa daxili və xarici münaqişəyə cəlb edilməsin. Alyansın nizamnaməsinin 5-ci maddəsinə görə üzvlərdən birinə təhlükə yaranacağı təqdirdə o, buna dərhal reaksiya verməlidir. İndi Qərbin nə Krıma görə, nə də ölkənin şərqində baş verən proseslərə görə Rusiya ilə vuruşmaq fikri yoxdur. Ona görə də Blok özünü Ukraynanın problemlərinin əsirinə çevirmək istəmir.

AMMA «YOX!» DA DEMİR...

Amma NATO Rusiyanı sakitləşdirmək üçün prosesə son da demir. Təsadüfi deyil ki, Rusiyanı ən çox qorxudan NATO-nun şərqə doğru daha bir addım ata bilməsidir.

Bəs NATO-nun gündəliyində hansı planlar var? Belə fikirlər səslənir ki, Ukraynaya aralıq status verilə bilər. Bu status üzvlüyü nəzərdə tutmur, amma ölkəyə tam üzvlərin malik olduqları qədər öhdəlik verir.

Digər tərəfdən, indi güman edilir ki, bu ilin sentyabrında baş tutacaq Uels sammitində Ukraynaya və Gürcüstana Üzvlük Planı təqdim ediləcək. Bu, üzv olmaq ərəfəsində sonuncu mərhələ hesab olunur.

Hər halda, Rusiya Ukraynanın birmənalı şəkildə Qərb blokuna çəkildiyini güman edir. Düzdür, Ukraynanın MDB ilə bağlı planları haqqında ən müxtəlif fərziyyələr səslənir, amma Rusiya rahatlıq tapa bilmir.

Adama bəzən elə gəlir ki, Rusiyada NATO məsələsini qəsdən şişirdirlər. Ola bilsin, bu, onlara həm daxili siyasətdə bəzi nüansları nizamlamaq üçün, həm də xarici siyasətdə öz ekspansiv planlarına start vermək üçün lazımdır.
Ukraynanın nüvə silahından imtina etməsi müqabilində bir neçə dövlət onun təhlükəsizliyini təmin etmək haqda öhdəlik götürmüşdü. O dövlətlərdən biri də Rusiya idi. O Rusiya ki, Ukraynanın ərazi bütövlüyünə təcavüz edənlərdən birincisi oldu.

Amma bütün hallarda cin şüşədən çıxıb və onu geri qovmaq elə də asan görünmür. Ukraynanın ciddi təhlükəsizlik təminatlarına ehtiyacı var. Əsas da odur ki, belə təminatları yalnız NATO verə bilər.

Digər formatlar buna qadir deyil. Ona qalsa, Ukraynanın nüvə silahından imtina etməsi müqabilində bir neçə dövlət onun təhlükəsizliyini təmin etmək haqda öhdəlik götürmüşdü. O dövlətlərdən biri də Rusiya idi. O Rusiya ki, Ukraynanın ərazi bütövlüyünə təcavüz edənlərdən birincisi oldu.

QƏRBDƏ BİR ARXAYINÇILIQ DA VAR...


Burada digər nüanslar nədən ibarətdir? Soyuq müharibənin bitməsi, SSRİ-nin çökməsi bir növ arxayınçılıq yaratdı və yaratmaqda da davam edir. Təsadüfi deyil ki, indi bir sıra politoloqlar bu fikirdədir ki, soyuq müharibə dövründə bir çox qurumlar daha ciddi və effektiv işləyirdi.

Bunu nə inkar edə bilərik, nə də təsdiq. Amma bir məsələ var ki, Qərb dövlətləri həqiqətən də Rusiyanın geosiyasi planlarına ciddi yanaşmırlar. Halbuki, Rusiya artıq Yer kürəsinin az qala yarısını tutur.

İndi də demirik ki, SSRİ bərpa olunmaq üzrədir. Bunu iddia etmək üçün daha ciddi əsaslar lazımdır. Həm də xoşbəxtlikdən Rusiyanın iqtisadi imkanları onun geosiyasi xülyalarına adekvat deyil - neoimperializm varlı dövlətlərin məşğuliyyətidir.

Di gəl, tarixdə bir ibrət dərsi var. İkinci Dünya müharibəsi ərəfəsində də Qərb dövlətləri nasistlərin geosiyasi sayıqlamalarına ciddi yanaşmırdılar. Amma bir gün həmin nasistləri evlərinin kandarında gördülər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG