Keçid linkləri

-

TƏCRÜBƏDƏ SINANMAYIBSA...

Onlar haqqında əsasən kinolardan və kitablardan nəsə bilirdik. Məsələ bundadır ki, Qərbdə məhkəmələrin sözün əsl mənasında həmişə kultu olub. Bəlkə də bunun nəticəsidir ki, Avropa filmlərində məhkəmə proseslərindən epizodlara xüsusi önəm verilirdi.

Ən çox maraq doğuran da andlılar məhkəməsi idi. Bu vaxta qədər Azərbaycanın qanunvericiliyində də andlılar məhkəməsi ilə bağlı müddəalar vardı. Amma bu günlərdə məlum oldu ki, andlılar məhkəməsi ilə bağlı müddəalar qanunvericilikdən çıxarılacaq.

Səbəbini də belə izah etdilər ki, bu məhkəmə modeli özünü təcrübədə doğrultmur. Amma maraqlısı nədir? Əgər belə fikirlər andlılar məhkəməsinin tətbiqindən sonra səslənsəydi müəyyən mənada başa düşmək olardı. Fəqət, Azərbaycanda andlılar məhkəməsi, ümumiyyətlə, tətbiq olunmadı. Nəticələr də sırf nəzəri xarakter daşıyır, guya ki, digər ölkələrin təcrübəsini əks etdirir.

Amma bu hansı ölkələrdir, təəssüf ki, bununla bağlı açıqlama verilmədi. Andlılar məhkəməsinin tətbiq edildiyi ölkələrdən biri ABŞ-dır və burada hələ ki, başqa məhkəmə modeli tətbiq etmək haqda düşünmürlər. «Həqiqətin meyarı təcrübədir!» deyiblər. Di gəl, Azərbaycanda çox şey apriori xarakter daşıyır - bir şeyi təcrübədə sınamadan ona xitam verirlər...

SEÇKİLİ MƏHKƏMƏ OLMAYACAQ...

Əsas arqument budur ki, hüquq təcrübəsi olmayan insanlar düzgün hüquqi qərarlar qəbul edə bilmirlər. Amma bu bəhanəni aradan qaldırmaq olmazdımı? Təbii ki, olardı.
Bu məsələyə niyə diqqət ayırdıq? Məlumdur ki, andlılar məhkəməsi müəyyən mənada seçkili məhkəmə hakimiyyətini və vətəndaşların bilavasitə məhkəmə prosesində iştirakını nəzərdə tutur. Təcrübi baxımdan indi bunun heç bir əhəmiyyəti yoxdur, çünki Azərbaycanda seçki necə keçirilir, bu, hamıya yaxşı məlumdur. Sadəcə, nəzəri baxımdan, gələcəkdə bu məsələnin önəmi ola bilərdi.

Əsas arqument budur ki, hüquq təcrübəsi olmayan insanlar düzgün hüquqi qərarlar qəbul edə bilmirlər. Amma bu bəhanəni aradan qaldırmaq olmazdımı? Təbii ki, olardı. Qanuna düzəliş etmək olardı ki, andlılar hüquq təhsili olanların sırasından seçilir.

O ki qaldı məhkəmələrin qəbul etdiyi qərarlara, bunlar haqqında danışmasaq daha yaxşıdır. Hüquq təhsili olan hakimlərin qəbul etdiyi qərarlar da bizə yaxşı məlumdur. İnsanlar məhkəmələrin əlindən dad edir. Ona görə ki, siyasi və qərəzli qərarlar məhkəmə praktikasının böyük bir hissəsini əhatə edir.

Əvvəllər məhkəmələr haqqında çox yazılırdı və çox danışılırdı. Ona görə ümid vardı ki, ölkədə normal məhkəmə hakimiyyəti bərqərar olacaq. Amma tez bir zamanda bu ümidlər duman kimi çəkildi - məlum oldu ki, de-fakto bu ölkədə müstəqil məhkəmə hakimiyyəti olmayacaq.

İndi də məhkəmə proseslərinə maraq qalıb. Amma bu maraq proseslərin obyektivliyindən qidalanmır, mühakimə edilən insanlara rəğbətdən başlanğıc götürür.

ÜÇÜ BİRLƏŞİB BİR OLDU...
Ölkədə faktiki olaraq müstəqil parlament yoxdur. Parlament icra hakimiyyətinin yazıq, aciz əlavəsinə çevrilib. Eyni taleyi məhkəmə institutu da yaşayır. Başqa cür olsaydı buna təəccüb etmək lazım gələrdi.

Prinsipcə, ölkədə parlament və icra hakimiyyəti necədirsə, məhkəmə də elə olacaq. Bu hakimiyyətin 21 illik təcrübəsi yanılmadığımızı iddia etməyə əsas verir.

Ölkədə faktiki olaraq müstəqil parlament yoxdur. Parlament icra hakimiyyətinin yazıq, aciz əlavəsinə çevrilib. Eyni taleyi məhkəmə institutu da yaşayır. Başqa cür olsaydı buna təəccüb etmək lazım gələrdi.

Jurnalistlərdən biri bir dəfə məhkəmələrə maraqlı səciyyə vermişdi: hakim siyasi partiyanın nəzarət-təftiş komissiyası...

Bu «tərif»də şişirtmə elə də böyük deyil. Reallıq belədir. Azərbaycanda bir o qalıb ki, hakim partiyanın avanqardlığını ali qanunda təsdiq və təsbit etdilər.

İndi insanlar andlılar məhkəməsi ilə bağlı müddəaların ləğvini çox sakit qarşılayacaqlar. Çoxunun bundan heç xəbəri olmayacaq. Xəbəri olanların isə necə deyərlər, təpəri olmayacaq, çünki onlar bu məhkəməni praktikada görə bilmədilər. Görmədiyin, bilmədiyin bir şeyin ləğvinə etiraz etməyin nə mənası var? Bir də ki, bu ölkədə heç etiraz edən qalıbmı?

Adam Azərbaycan adlı teatrın rejissorunun qüdrətinə təəccüb etməyə bilmir - bu boyda siyasi teatr yaratmaq, 21 il imitasiya ilə məşğul olmaq həqiqətən də hər adamın bacardığı iş deyil. Məhkəmələrdə də zahirən hər şey qaydasındadır - mantiyalı hakimlər, natiq vəkillər... Amma elə ki, məsələ gəlib siyasi nəticələri olan qərarlara çıxır, onda bunların hamısı formasını və məzmununu dəyişir - hakim hakimliyini, ədalət meyarı olduğunu unudur, vəkil isə aciz bir varlığa çevrilir.

Bir dəfə bir vəkil maraqlı etiraf etdi. O, soruşdu ki, bilirsiniz Azərbaycanda vəkil kimdir? Cavabını da özü verdi. Dedi ki, bu ölkədə vəkil ən yaxşı halda maklerdir, pul alıb «iş düzəldir»...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG