Keçid linkləri

Təcili xəbərlər

Yeni xəstəlik: «WhatsAppitis»


Arxiv foto
Arxiv foto
-
Ağıllı telefonların istifadəsindən yaranan barmaq və oynaq ağrılarına yeni bir xəstəlik adı qoyulub: «WhatsAppitis».

Xəstəliyin adını İspaniyalı həkim Fernandez Guerro qoyub. Tibb dünyasının texnoloji inkişafı izləməyi gərəkdiyini deyən həkim, yeni xəstəliklərə də, ad qoyulmağının tərəfindədir.

Həkim Guerro «The Lancet» tibb dərgisi üçün bir məqalə yazıb. O, yazısında baş barmağında ağrılar olan, vətərləri zədələnmiş bir hamilə xəstəsindən bəhs edir. Guerro bu şikayətlərin hamiləlikdən deyil, mesaj proqramı WhatsApp-dan qaynaqlandığını ifadə edir.

MÜALİCƏ: MESAJ YAZMA!

Xəstə yeni ildə ona WhatsApp-a gələn təbrik mesajlarına təxminən 6 saat 130 qram ağırlığında telefonla cavab yazıb. Həkim ona «WhatsAppitis» diaqnozu qoyub. Guerro xəstəyə iltihab və ağrıkəsici dərmanlar verib və bir müddət qətiyyən mesaj yazmamağı məsləhət görüb.

Xatırladaq ki, 1990-cı illərdə «Nintendo» adlı video oyun oynayan və barmaq ağrısından şikayət edənlərə də, «Nintendinits» diaqnozu qoyulub.
XS
SM
MD
LG