Keçid linkləri

Təcili xəbərlər

Avropanı Asiya ilə balanslaşdırmaq olacaqmı?


Nursultan Nazarbaev, Alyaksandr Lukashenka və Vladimir Putin
Nursultan Nazarbaev, Alyaksandr Lukashenka və Vladimir Putin
-
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00
Direct-ə keçid

HƏTTA YAY DA KÖMƏK ETMƏDİ...

İlləri siyasi gərginliyə görə sıralasaq? 2014-cü il heç də axırda olmaz. Məhrumiyyətlər göz önündədir. Sadə insanlar bu ilin də sürprizlərinə alışsalar da siyasətlə azacıq bağlılığı olanlar narahatlıq keçirməyə bilmirlər - ona görə ki, 2014-cü il tarixə ciddi geosiyasi təlatümlər, transformasiyalar ili kimi düşdü.

Ukrayna bir aşırımı keçdi-prezident seçkisi keçirildi, yeni prezident hətta and da içdi. Amma bu, yolun sonu deyil, onun başlanğıcıdır.

Başlanğıcda isə tək Ukrayna deyil, elə digər dövlətlər də yeni yaranmış Avrasiya İqtisadi Birliyinə münasibətlərini müəyyən etməlidirlər. Azərbaycan da bu sıradadır. Hətta yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə səfər edəcəyi də gözlənir.
Azərbaycanın məsələyə münasibəti Ukraynanın yürüdəcəyi siyasətdən asılı olacaq
Bir qədər əvvəl isə bu ölkənin iqtisadiyyat naziri təşrif buyurmuşdu. Predmet də əvvəlcədən güman edilən kimi sadə idi - iqtisadiyyat naziri Azərbaycanı da Birliyə qoşulmağa çağırırdı.

Çox güman ki, Sergey Lavrovun da səfəri bu xüsusda olacaq. İndi Azərbaycanın məsələyə münasibəti müəyyən mənada Ukraynanın yürüdəcəyi siyasətdən asılı olacaq.

Demirik ki, Azərbaycan birmənalı şəkildə öz siyasətini Ukrayna ilə koordinasiya edir. Yox, birmənalı bağlılıq yoxdur. Amma bu prosesdə bütün dövlətlərin biri-birinə boylanması təbii haldır.

Ukraynanın özünün MDB-yə və Avrasiya İqtisadi Birliyinə münasibəti haqqında ziddiyyətli bəyanatlar səslənir, xüsusən də MDB ilə bağlı. Ölkədən bir də görürsən ki, sərt bəyanatlar eşidilir. Amma onlar sonradan elə həmin sərtliklə də təkzib olunur. Hətta bəzi təhlilçilərin fikrincə, Ukrayna MDB-dən getməyəcək, çünki iqtisadiyyatı daha çox MDB ilə, daha dəqiq desək, Rusiya ilə bağlıdır.

ADİ İNSAN HİSSLƏRİNDƏN YÜKSƏKDƏ...

İndi bu xüsusda birmənalı fikir yürütmək çətindir. Amma son vaxtlar baş verənlərdən sonra Ukraynanı MDB-də görmək də asan olmayacaq. Hər halda siyasət siyasətdir, o, adi insan hisslərindən bir qədər yüksəkdədir.

...son vaxtlar baş verənlərdən sonra Ukraynanı MDB-də görmək də asan olmayacaq
Amma indi bir şey aydındır. İl yarı olsa da Rusiya prezidenti Vladimir Putinin iddia etdiyi kimi SRRİ-nin triumfial qayıdışı baş tutmadı. Rusiya yenə də ətrafındakı iki cüt, bir tək dövlətlərlə müxtəlif birliklər immitasiya edir. Əsası da odur ki, getdikcə bu dövlətlərin sayı artmır, onlar azalır.

Bəlli olan həm də odur ki, ortalıqdakı bütün ziddiyyətlərə baxmayaraq Ukrayna Avropa Birliyi ilə iyunun sonunadək assosiasiya sazişini imzalamaq əzmindədir.

Avrasiya İqtisadi Birliyi də yaranışını narazılıqla, fikir ayrılığı ilə başladı. Qazaxıstan prezidenti Nurasultan Nazabayev təşkilatın sırf iqtisadi birlik kimi qalmasında israr etdi.

Diqqət çəkən nədir? Rusiya bir qədər modifikasiya olunmuş, neo-imperialist siyasət yürütməyə çalışır. Amma bu ölkənin siyasətçiləri unudur ki, neo-imperializm varlı dövlətlərin əyləncəsidir. Bir neçə yüz milyard dollar valyuta ehtiyatı olan Rusiya üçün bu, çox bahalı məşğuliyyətdir.

Azərbaycana gəldikdə isə demək lazımdır ki, bu ölkəni Avrasiya İqtisadi Birliyi o qədər də cəzb etmir. Hər halda, yüksək çinli məmurların bu xüsusda bəyanatlarını eşitmirik.

Amma ölkə Avropaya da can atmır. Aydındır ki, belə məğrur tənhalıq dövrü çox çəkə bilməz, bu düyünün hansısa formada açılışı olmalıdır. Bu yaxınlarda demişdilər ki, Avropa ilə tək assosiasiya sazişi Azərbaycanı qane etmir, o, daha yüksək səviyyəli inteqrasiya umur.
Bir neçə yüz milyard dollar valyuta ehtiyatı olan Rusiya üçün bu, çox bahalı məşğuliyyətdir
Amma elə o vaxt da bunu assosiasiya sazişindən mədəni şəkildə boyun qaçırmaq kimi yozmuşduq və indi də həmin fikirdə qalırıq. Burada diqqət və maraq kəsb edən odur ki, bəzi məmurlar ölkənin Asiya strukturlarına inteqrasiyasını qabartmağa çalışırlar.

Bunu onların növbəti balanslaşdırma siyasəti təqdim etmək cəhdi kimi də yozmaq olar - əvvəllər Rusiya ilə Qərb arasında, indi isə Avropa ilə Asiya arasında balans axtarırlar. Amma Asiyaya yönələn bu siyasətin içində Avrasiya İqtisadi Birliyinin adına təsadüf edilmir.

BÖYÜK HƏDİYYƏLƏR HAKİMİYYƏTİ...

Onu da qeyd edək ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı ümidləri də heç də bütün təhlilçilər bölüşmür. Çoxu onu «ölü doğulan uşağ»a bənzədir. Belə bir bənzətmələrdə müəyyən mənada həqiqət gizlənir. Amma hər dəfə Rusiyanın «ölü doğulan uşaqları»na can verməyə çalışmaq və buna illər sərf etmək tamamilə səmərəsiz məşğuliyyət, vaxt itirmək deməkdir.

Rəsmi Bakı hələ ki, özünü belə öhdəliklə bağlamaq istəmir. Amma Rusiyanın təzyiqi olacağı halda o, öz kursunu saxlaya biləcəkmi? Güman ki, saxlayacaq. Ona görə ki, Rusiyanın təzyiqi, Ukraynanın indi başına gələnlər Azərbaycan üçün bir növ keçilmiş mərhələdir. Azərbaycan bunu 1993-cü ildə yaşadı.

O vaxt hər şey elə Ukraynada olduğu kimi idi- ölkə ərazisinin bir hissəsi işğal olundu, cənubda separatistlər ölkənin bir hissəsini ondan qoparmağa cəhd etdilər... Amma indi ölkə Rusiyanın təzyiqləri üçün elə də həssas deyil. İndi Azərbaycanın bir zəif yeri var – o da öz cari siyasi maraqlarını milli maraqlardan üstün tutan hakimiyyətdir.

...öz cari siyasi maraqlarını milli maraqlardan üstün tutan hakimiyyətdir
Rusiya ona hər an təzyiq edə bilər. Yada salaq ki, ötən prezident seçkisi Azərbaycana təxminən bir milyard dollara başa gəlmişdi - o vaxt Rusiya prezidenti Vladimir Putin ölkəsinə Azərbaycandan bir milyard dollarlıq hərbi müqavilə ilə qayıtdı.

İndi «hədiyyələr»in istiqaməti Türkiyəyə yönəlib. Yaxın bir neçə ildə Azərbaycanın bu ölkəyə qoyacağı investisiyanın həçmi 20 milyard dollara çatacaq.

Bu yolla hakimiyyət özünün problemlərini həll edir. Amma məlum deyil ki, cəmiyyətin əksər hissəsinin-işsiz və aşağı məvacibli insanların problemlərini kim və necə həll edəcək ?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG