Keçid linkləri

Təcili xəbərlər

«Facebook Messenger»ə videomesaj funksiyası gəldi


facebook
facebook
-
«Facebook Messenger» iOS və Android platformalı cihazlar üçün yeniləndi.

Yeni versiyada istifadəçilər bir-birlərinə 15 saniyəlik videolar çəkib göndərə bilərlər. 6.0 versiyasına yeni bir özəllik - «big likes» (çox bəyəndim) funksiyası da əlavə olunub.

Diqqətçəkən məqam budur ki, bir neçə gün əvvəl Facebook-un yeni «Slingshot» fotomesaj proqramı «Apple Store»da yanlışlıqla yayılmışdı. Bu proqramda da videomesaj funksiyası vardı. «Facebook» rəhbərliyi proqramın hələ hazır olmadığını deyəndən sonra «Apple Store»dan yığışdırıldı.

«Facebook Messenger»i «Apple Store» və «Google Play»dən yeniləmək olar.
XS
SM
MD
LG