Keçid linkləri

-
Slingshot facebook-un Instagram, Vine və Snapchat özəlliklərinin birləşməsindən yaranan proqram əlavəsidir. Slingshot vasitəsilə istifadəçilər bir-birlərinə fotolar və qısa videolar göndərə bilərlər. Foto və videolara mətn də əlavə etmək olar. Ancaq göndərilən fotonu görmək üçün, siz də qarşı tərəfə şəkil göndərməlisiniz.

Proqram əlavəsinin yaradıcılarından Will Ruben açıqlamasında heç kimin izləyici olaraq qalmayacağını deyib. Bu da «şəkli görmək istəyirsənsə, sən də göndər» məntiqinə dayanır.

Fotolar Snapchat-da olduğu kimi saniyələr sonra yoxa çıxmır, istifadəçi mesaj serverdən silinmədiyi müddətdə istədiyi zaman paylaşdığı şəkli özü silə bilər. Bundan əlavə foto, video və mətnləri bəzəmək, müxtəlif effektlər vermək olar.

SnapChat kimi, Slingshot istifadəçilərə söhbəti saxlamaq imkanı təklif etmir. Bütün mesajlar onu alan şəxs izlədikdən yeddi gün sonra serverdən silinir. İstifadəçi mesaja baxmadığı halda, 30 gün sonra silinir.

Facebook-un yeni xidməti ilk olaraq, ABŞ-da iOS7 platformalı iPhone-larda, həmçinin «Jelly Bean» və «KitKat» platforması ilə işləyən «Android» qurğularda əlçatan olacaq. Şirkət gələcəkdə proqram əlavəsinin istifadəsini genişləndirə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG