Keçid linkləri

Təcili xəbərlər

Avropadan Azərbaycana kimlər, hansı şərtlərlə, neçə günə qaytarılacaq?


Əlövsət Əliyev
Əlövsət Əliyev
.
Əlövsət Əliyev
“Azərbaycan Miqrasiya Mərkəzi”
İctimai Birliyinin prezidetni

“Azərbaycan Miqrasiya Mərkəzi”
İctimai Birliyinin prezidetni, hüquqşünas Əlövsət Əliyev Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imzalanmış readmissiya haqqında sazişin şərtlərini, kimlərin məcburi qaydada Azərbaycana qaytarılacağı barədə sualları cavablayır. Onun redaksiyamıza göndərdiyi şərhi təqdim edirik.

------

Azərbaycan höküməti Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi və "Avropa İttifaqı ölkələrində qanunsuz yaşayan şəxslərin readmissiyası haqqında" sazişlərin 2014-cü ilin sentyabr ayına kimi qüvvəyə minəcəyini bəyan edib. Bunan sonra Azərbaycan Miqrasiya Mərkəzi İctima Birliyinə və şəxsən mənə Aİ üzv ölkələrində yaşayan vətəndaşlarımızdan və ya onların ailə üzvlərindən daxil olan müraciətlərin sayı xeylı artıb.

Həmin müraciətlərin əksəriyyətində Sazişin Azərbaycan dilinə tərcümə edilmədiyi, ictimayyətin bu barədə məlumatlandırılmadıgı, sənədin konkret kimlərə tətbiq olunacagı haqda məlumatların əl çatan olmadıgı göstərilir.

Aşağıda daha çox sazişin Azərbaycan vətəndaşlarında şamil olacaq bəndlərinə aydınliq gətirməyə çalışıram.

QANUNSUZ YAŞAYAN ŞƏXSLƏR KIMLƏRDIR?

Azərbaycan bu sazişlə Aİ ölkələrinə qanunsuz gedən və bu ölkələrdə qanunsuz yaşayan Azərbaycan vətəndaşlarını, elcə də Azərbaycanda yaşamaq üçün icazəsi və ya vizası olan, Azərbaycan ərazisi vasitəsilə Aİ ərazisinə daxil olan başqa ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin ölkəyə qaytarılması öhdəliyini götürüb.

Aİ ölkələrində qanunsuz yaşayan şəxslər dedikdə “yaşayış üçün icazə”si olmayan şəxslər nəzərdə tutulur. Bu sazişdə "Yaşayış üçün icazə” dedikdə şəxsə yaşayış üçün icazənin hər hansı bir formasının verilməsi nəzərdə tutulur.

Bu anlayış viza əsasında müvəqqəti gəlmiş, müəqqəti icazə almış, qacqın statusu almaq üçün, ya da müvəqqəti yaşamnaq üçün müraciət edən və müraciəti baxılmaqda olan şəxslərə aid ola bilməz.

AZƏRBAYCAN VƏTƏNDAŞI HESAB EDİLƏN ŞƏXSLƏR KİMLƏRDİR?

Azərbaycan Respublikası öz vətəndaşı hesab edilən istənilən şəxsi Aİ ölkəsinin vəsatəti ilə Sazişin müəyyən etdiyi əsaslara və prosedura uyğun olaraq geri qəbul edir. Burada ona görə “öz vətəndaşı hesab edilən istənilən şəxs” ifadəsi işlədilir ki, şəxsiyyət vəsiqəsi və ya pasportu olmayan, lakin, qanuna görə Azərbaycan vətəndaşı hesab edilən və ya Azərbaycan vətəndaşı olmuş şəxslərin qaytarılmasından Azərbaycan imtina edə bilməsin.

Bu anlayış imkan verir ki, hazırda sənədsiz, yaxud vətəndaşlıgı olmayan şəxs statusunda olan, lakin ərazisində yaşadıqları ölkəyə gələrkən Azərbaycan vətəndaşı olmuş (sonradan rəsmi qaydada vətəndaşlıqdan cıxan və ya Azərbaycan vətəndaşı olmamagı haqqında müvafiq dövlət orqanından “arayış” təqdim edənlər də daxil olmaqla), ərazisində olduqları ölkənin vətəndaşlıgını qəbul edə bilməyən və ya həmin ölkədə daimi yaşamaq hüququnu ala bilməyən şəxslərərə də geri qaytarılsın.

VƏTƏNDAŞLIĞI HANSI SƏNƏDLRƏ SÜBUT EDİR?

Göründüyü kimi readmissiya üçün əsas şərtlərdən birincisi şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlıdır. Onun ücün də vəsatət verən müvafiq dövlət orqani ilk növbədə barəsində vəsatət qaldırdıgı şəxsin vətəndaşlıq mənsubiyyətinin sübut olunmasına nail olmalıdır. Vətəndaşlıq mənsubiyyətinin sübut olunması üçün isə sazişlə müəyyən edilmiş sənədələrdən hec olmasa birinin təqdim olunması zəruridir.

Sazişə görə vətəndaşlıgı sübut edən sənədlər aşagıdakılardır:
• Azərbaycan Respublikası vətəndaşının pasportlarından hər hansi biri (ümumvətəndaşlıq pasportu, xidməti pasport, diplomatik pasport, pasportu müvəqqəti əvəz edən sənəd, eyni zamanda uşqalara verilən pasportlar).

• Azərbaycan Respublikası vətəndaşının qayıdış şəhadətnaməsi.

• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya müvəqqəti şəxsiyyət vəsiqəsi.

• Dogum haqqında şəhadətnamə.

• Xidməti kitabçalar (məsələn hərbicilərin hərbi biletləri).

• Dənizci kitabçası.

Yuxarıda qeyd olunan sənədlərdən birinin təqdim olunması həmin şəxsin Azərbaycan vətəndaşı olmasını sübut edir və bu halda digər sübutlar tələb olunmalı deyil. Qeyd olunan sənədlərdən hər hansi biri təqdim olunursa və təqdim olunan sənədin etibarlılıq müddəti bitmiş olsa da həmin sənəd vətəndaşlıgı təsdiq edən sənəd hesab olunur.

VƏTƏNDAŞLIĞI TƏSDİQ EDƏN SÜBUTLAR

Saziş eyni zamanda vətəndaşlıq mənsubiyyətinin təsdiq edilməsi üçün dolayı sübütların da siyahısı dəqiqləşdirilib.Bunlar aşağıdakılardır:

• Yuxarıda göstərilən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərdən hər hansı birinin fotosürəti.
• Prosedurun sürətlənməsi üçün readmisiyaya məruz qalan şəxsin sərhədi kecməsi faktini təsdiq edən Dövlət Sərhəd Xidməti əməkdaşının və onunla birgə sərhədi keçən şahidlərin rəsmi ərizəsi.

Sazişə görə aşagıdakı sənədlər təqdim olunacagı halda Azərbaycan Respublikası və Aİ üzvü olan dövlət vətəndaşlıq mənsubiyyətinin araşdırılması və müəyyənləşdirilməsi üçün əsasların olmasını qəbul edir və bu sahədə araşdırmaya başlayır:
  • Sürücülük vəsiqəsi və ya fotosürət.
  • Xahiş edilən dövlətin hakimiyyət orqanları tərəfindən verilmiş istənilən rəsmi sənəd.
  • Xidməti vəsiqə, yaxud onun sürəti.
  • Şahidin rəsmi ərizəsi.
  • Şəxsin özünün danışdıgı dildə rəsmi ərizəsi, rəsmi testin cavablarının da əlavə olunması şərtilə.

HEÇ BİR SƏNƏD OLMASA ƏRİZƏ İŞLƏYƏCƏK...

Yuxarıda göstərilən sənədlərdən hec birini müəyyən etmək mümkün olmadıgı halda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsullugu üzv dövlətin müvafiq orqanları ilə readmissiya edilməli olan şəxsin şəxsiyyətinin və vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün onunla müsahibənin aparılmasını təşkil edir. Bu cür müsahibələrin aparılması qaydaları sazişlə təsdiq olunan Xüsusi Protokolla müəyyən edilən qaydalara uyğun aparılmalıdır.

Azərbaycan readmissiya haqqında vəsatətə müsbət cavab verdikdən sonra onun müvafiq diplomatik nümayəndəliyi və ya konsullugu readmissiya üçün təklif olunan şəxsin Azırbayana qayıdış sənədini müvafiq dövlət orqanından qəbul edir. Aşagıda bu sənəd və onun verilməsi qaydası haqqında ətraflı yazılıb. Bu halda readmissiya olunan şəxsin iradəsi nəzərə alınmır.

NECƏ QAYTARILIR?

Azırbayana qayıdış sənədi sənəd tələb olunan anda şəxsin qayıdışını təmin etmək hüququ verir və etibarlılıq müddəti 30 gündür. Bu və ya digər səbəbdən sənədin etibarlılıq müddəti ərzində şəxsi müvafiq orqanlara təqdim etmək mümkün olmadıqda, yenidən müvafiq orqan həmin müddətə ölkədən getmək hüququ verən yenı sənəd tərtib etməklə müvafiq orqana təqdim edir.

Readmissiyası nəzərdə tutulan şəxslə baglı ölkənin müəyyən etdiyi səlahiyyətli dövlət orqanına mütləq müraciət olunacaq. Bu halda səlahiyyətli dövlət orqanı kimi Azərbaycanın diplomatik nümayəndəliyi və konsulluq orqanları (Miqrasiya Xidməti də mümkündür) nəzərdə tutulacaq.

Əgər şəxs sorğu edilən dövlətin sərhədyanı ərazilərində tutulubsa, bu halda təcilli readmissiya prosedurundan istifadə olunacaq və təcilli edilən sorgu əsasında tutuldugu gündən iki iş günü ərzində həmin ölkəyə qaytarılması təmin ediləcək.

Readmissiya haqqında istənilən müraciət aşagıdakı məzmuna uygun olmalıdır:

a) sorgu edilən şəxs haqqında məlumatlar (məsələn; ad, soyad, doğum tarixi və imkan olduğu halda doğulduğu və sonuncu yaşayış yeri);

b) vətəndaşlıq mənsubiyyəti haqqında sübut, qanunsuz gəlməsi və yaşamasını sübut edən faktlar, habelə readmissiyaya əsas olan ücüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxsin sazişə uygun qaytarılması əsasları.

İmkan daxilində readmissiya haqqında vəsatət aşağıdakı məlumatları da əks etdirməlidir:
a) readmissiyaya məruz qalacaq şəxsin ərizəsi əsasında hazırlanmış və şəxsin verilməsi prosesində xüsusi yardıma və köməyə ehtiyacı olmasını təsdiq edən müraciət;

b) readmissiyaya məruz qalmış şəxsin verilməsi zamanı təhlükəsizliyin təmin olunması üçün şəxsin xarakterinə uygun olan zəruri məlumatlar.

Readmissiya haqqında vəsadətə yazılı formada cavab verilir.

Şəxsin müvafiq yol sənədində sorğu edən dövlərin ərazisində yaşaması üçün zəruri vizasının və ya yaşamağa icazəsinin olmaması onun həmin ölkəyə girişinin və yaşayışın qanunsuz olması deməkdir.

HANSI MÜDFƏTƏ QAYTARILIR?

Readmissiya haqqında vəsatət qaldıran orqan bu işi şəxsin ölkəyə gəlmək və yaşamaq qaydalarını pozması müəyyən edilən gündən 180 təqvim günü müddətində qaldırılmalıdır.
Readmissiya haqqında vəsatətə cavab onun qeydə alındığı gündən sonrakı 25 təqvim günüdən gec olmayaraq verilməlidir. Sazişin konkret icra protokolları əsasında davam edən danışıqlara xələl gətirməmək şrətilə edilən sorğulara 60 təqvim günü ərzində verilməlidir.

Vəsatətə nəzərdə tutulan müddətlərə əməl edilmədikdə və ya cavab verilmədikdə şərtlər razılaşdırılmış hesab edilir.

Readmissiyaya tətbiq olunmalı olan şəxs 90 təqvim günü ərzində ölkədən çıxarılmalıdır.
Saziş eyni zamanda bəzi prosedurların icra qaydalarını müəyyən etmək üçün icra protokolları müəyyən edib.

Azərbaycan Respublikası İcra protokollarını aşagıdakı sahələr üzrə nəzərdə tutub:

a) sərhəd buraxılış məntəqələri vasitəsilə müvafiq dillərdə məlumat mübadilərinin aparılması;

b) readmisiyanın sürətləndirilmiş prosedurlarla təmin edilməsi;

c) readmisiya tətbiq olunan şəxsin xüsusi müşayət olunmasının təmin olunmas ilə bağlı;
d) Sübutlara və sənədlərə əlavələrin əldə olunması üçün;

e) Readmissiya tətqiq olunacaq şəxslə müsahibənin aparılması qaydasının müəyyən olunması üçün;

f) zəruri hallarda readmisiya ilə baglı müddətlərin müzakirəsi ilə bağlı;

İcra protokolları müvafiq sahə uzrə Komitə məlumatlandırılandan sonra qüvvəyə minir.
Readmissiyanın təxirə salınması zamanı onun səbəbləri göstərilməlidir.

VERİLMƏNİN ŞƏRTLƏRİ NƏQLİYAT

Azərbaycan Respublikasının müvafiq orqanına əvvəlcədən şəxsun verilmə tarixi, yeri, sərhəd buraxılış məntəqəsinin dəqiq adı və yeri, tarixi və təqdim edəcək adamlar haqqında məlumat verilməlidir.

Şəxsin təhfil verilməsi üçün nəqliyyatın istənilən növündən, hava, quru və dəniz nəqliyyatından istifadə oluna bilər və heç bir məhdudiyyət qoyulmur.

Beləliklə, apardıgımız təhlillə müəyyən etdik ki, qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi imzalanan bu sazişdə əslində vətəndaşlıqla bağlı Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan bəzi sahələr tənzimlənir.

Səlahiyyətli orqanlar Sazişin vətəndaılar tərəfindən öyrənilməsinə maraq göstərməsə də bu kicik yazının maraqlananalara az da olsa faydalı olacağına inanıram.
XS
SM
MD
LG