Keçid linkləri

Gürcüstan, Ukrayna və Moldova seçimini etdi, Azərbaycan kandarda qalır


Belçikada Gürcüstanın Baş maziri İrakli Garibashvili, (solda) Moldovanın Baş naziri İure Leanca (ortada) və Ukraynanın prezidenti Petro Poroshenko (sağda) tAvropa Birliyi ilə assosiasiya sazişi imzalayırlar. 27 iyun 2014

Belçikada Gürcüstanın Baş maziri İrakli Garibashvili, (solda) Moldovanın Baş naziri İure Leanca (ortada) və Ukraynanın prezidenti Petro Poroshenko (sağda) tAvropa Birliyi ilə assosiasiya sazişi imzalayırlar. 27 iyun 2014

.

TƏHLÜKƏ SOVUŞDU, YOXSA...

Nəhayət, çoxdan gözlənilən tarixi gün də ötüb keçdi. Üç ölkə-Gürcüstan, Moldova və Ukrayna Avropa Birliyilə yekun assosiasiya sazişini imzaladı. İndi təhlil və analiz adamları bundan sonra nələrin baş verəcəyini müəyyənləşdirməyə və bu hadisədən çıxacaq nəticələri dərk etməyə çalışırlar.

Hadisə sözsüz ki, mahiyyətinə görə möhtəşəm idi. Amma bizi bu hadisədə həmin ölkələrin Avropaya nə qədər yaxınlaşmasından daha çox onların Rusiyadan nə qədər uzaqlaşması maraqlandırırdı.

Üç ölkədən biri - qonşu Gürcüstan Rusiya ilə münasibətlərinə çoxdan aydınlıq gətirib. Qalan iki ölkə haqqında isə hələlik yalnız ehtimallar söyləmək mümkündür, o səbəbdən ki, onlar MDB ilə münasibətlərini hələ tam yəqinləşdirməyiblər, bunu, necə deyərlər, yubadırlar. Di gəl, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı kimi formullar meydana çıxandan sonra MDB-nin bir önəmi qalırmı?

Məsələ də elə bundadır. Amma güman ki, bu ilin sonuna qədər bu məsələlərə də aydınlıq gələcək. İndidən demək mümkündür ki, hətta MDB ölü bir formul kimi qalsa da bunun elə bir önəmi olmayacaq.

Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı kimi formullar meydana çıxandan sonra MDB-nin bir önəmi qalırmı?

Təbii ki, Rusiya hələ də farağat dayanmır, nəsə etməyə, vəziyyəti iniversiya etməyə cəhd edir. Yekun sazişi bu ilin sonlarına yaxın imzalamağa hazırlaşan Gürcüstan elə bu səbəbdən həmin tarixi bir qədər irəli keçirdi.

Ukrayna aydındır. Rusiya caynaqlarını bu ölkəyə elə keçirib ki, onları bu ölkədən qoparmaq üçün hələ bir müddət çarpışmaq lazım gələcək. Moldovaya qarşı da müəyyən təzyiqlərin olacağı istisna olunmur. Müxtəlif vaxtlarda Rusiya məmurları 300 min moldovalının ölkədən çıxarılacağını, ölkənin bazarlarının Moldova şərablarının üzünə bağlayacaqlarını deyirlər. İndi oturub sadəcə, bunu gözləmək qalır.

Amma ən böyük təhlükə artıq arxadadır. Rusiya edə biləcəklərinin çoxunu edib. İndi artıq ayaq üstə durmaq vaxtıdır. Tale də belıələrini mükafatlandırır.
Yıxılmaq eyib deyil. Yıxılıb qalxmamaq eyibdir.

Bəzi ölkələrin - xüsusən də Gürcüstanın və Ukraynanın Avropaya yaxınlaşmaq üçün nələrə qatlaşdığını düşünəndə adam iftixar duymaya bilmir. Bu yol olduqca çətin oldu, amma onun sonunda mükafat olacaq, mütləq olacaq...

KANDARDA QALMAMAQ ÜÇÜN...

Amma proses davam etməlidir. Qərb də bu ölkələrin Avropa strukturlarına inteqrasiyasının növbəti mərhələləri haqqında düşünməlidirlər. Doğrusu, biz sentyabr ayını – NATO-nun Uelss sammitini səbrsizliklə gözləyirik.

İranın çox böyük qaz ehtiyatları var. Tədricən təzyiq vektorlarını İrandan Rusiyaya yönəltməyin vaxtıdır.

Sammit payızda, qışın ərəfəsində baş tutacaq. Bu isə qaz və yanacaq haqqında düşünülən vaxtdır. Təbii ki, Avropa Rusiyadan qaz asılılığını yada salacaq.

Amma başqa yol da var. İranın çox böyük qaz ehtiyatları var. Tədricən təzyiq vektorlarını İrandan Rusiyaya yönəltməyin vaxtıdır. Artıq bu proses gedir.

İndi deyirlər ki, üç ölkə 500 milyon nəfərlik böyük bir bazara çıxış aldı.

Belə güman edirik ki, təkcə bu, azdır. Ən azı ona görə ki, Gürcüstan şərabını dərhal Avropa bazarında təsəvvür etmək o qədər də asan məsələ deyil. Bu ölkələr hələ istehsal etməyi öyrənməlidirlər. Onlar üçün ən önəmlisi indi təhlükəsizlik və inkişaf təminatlarıdır. Bunu isə onlar yalnız Avropa təhlükəsizlik strukturlarına yaxınlaşmaqla əldə edə bilərlər.

ÖLKƏNİ, YOXSA ÖZLƏRİNİ DÜŞÜNDÜLƏR?

Azərbaycan bu prosesdən kənarda qaldı. Buna yalnız təəssüf etmək qalır. Avropa Komissiyasının prezidenti özünün vida turunun böyük hissəsini həmin bu ölkənin rəhbərliyini assosiasiya sazişinin imzalanmasının vacibliyinə inandırmağa sərf etdi. Amma faydası olmadı.

Avropa institutları ilə yaxınlaşmaq Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir. Bu yaxınlaşma çox şeyi – ölkənin siyasi prinsiplərini, idarəetmə fəlsəfəsini, iqtisadi mahiyyətini dəyişməyi tələb edir. Onlar isə bunu istəmirlər.

Səbəb nədir? Bunun bir səbəbi var: Avropa institutları ilə yaxınlaşmaq Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir. Bu yaxınlaşma çox şeyi – ölkənin siyasi prinsiplərini, idarəetmə fəlsəfəsini, iqtisadi mahiyyətini dəyişməyi tələb edir. Onlar isə bunu istəmirlər.

Burada başqa səbəb axtarmaq əbəsdir. Viktor Yanukovych-in assosiasiya sazişini imzalamamaq üçün gətirdiyi bəhanələr daha inandırıcı görünürdü, nəinki İlham Əliyevin dedikləri.

Deyirlər ki, bizim heç bir ölkənin maliyyə dəstəyinə ehtiyacımız yoxdur. Olsun.

Amma Azərbaycanın Avropanın maliyyə siyasətinə, iqtisadi mentalitetinə ehtiyacı var. Təəssüf ki, bunlar hakimiyyətə yox, cəmiyyətə və ölkəyə lazımdır. Ona görə də hakimiyyət buna önəm vermir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG