Keçid linkləri

-

DÜZDÜR, MÜSTƏQİL OLANDAN 200 İL SONRA, AMMA...

“Siz heç təsəvvür edirsinizmi? Sən demə, bunlar müstəqil olandan yüz il sonra quldarlığı ləgv ediblər! Amma bizdən 20 il ərzində elə bir demokratiya tələb edirlər ki...”

Bu isterik bəyanatı hakimiyyət yönümlü politoloqlardan birindən eşidəndə doğrusu əvvəlcə, ikili hiss keçirdim. Bir tərəfdən təlaş keçirdim, o biri tərəfdən də təəccübləndim.

Ona görə təlaş keçirdim ki, düşündüm, birdən bunlar da quldarlığı tətbiq edərlər, onda biz nə edərik? Ona görə təəccübləndim ki, elə məsələlər var ki, onları artıq hamı qəbul edir. Hamı qəbul edir ki, ABŞ-ın keçdiyi demokratiya yolu bəşəriyyətin yolu idi. O vaxta qədər yalnız Afinada quldarlıq demokratiyası olmuşdu. Başqa bir təcrübə yox idi. Məgər bunu həmin hakimiyyət yönümlü politoloq bilmirdimi? Bilmirəm. Onun əvəzinə cavab verə bilmərəm.

Bütün təqvimlər içində 2 tarix xüsusi maraq kəsb edir: 4 iyul və 14 iyul. Biri ABŞ-ın Müstəqillik Günüdür, digəri isə Böyük Fransa İnqilabının başlandığı gün. Hər ikisi böyük tarixdir.

Bildiyim odur ki, bütün təqvimlər içində iki tarix xüsusi maraq kəsb edir.

Bunlardan biri 4 iyul, o birisi isə 14 iyuldur. Biri ABŞ-ın Müstəqillik Günüdür, digəri isə Böyük Fransa inqilabının başlandığı gün. Hər ikisi böyük tarixdir.

Bəzən onların önəmini azaltmağa çalışırlar, bunun da adi hal kimi qəbul olunmalı olduğunu deyirlər. Bir şeyi hamıya sevdirmək olmur.

Gələk əsas məsələnin üstünə - 4 iyula. Bu tarixdən təxminən yüz il sonra quldarlıq ləğv edildi, təqribən 150 il sonra qadınlara da seçki hüququ verildi və təxminən 200 il sonra irqi ayrıseçkiliyə tamam son qoyuldu.

Təbii ki, ədədlər bir qədər yuvarlaq götürülüb. Amma bu, məsələni dəyişmir.
Əsas odur ki, bütün bunlar doğrudur. Heç kim də bunları inkar etmək niyyətində deyil.

Üstəlik, onu da qeyd edirik ki, quldarlığın ləgvi ilə bağlı konstitusiyaya edilmiş 13-cü düzəlişi sonuncu ştat – Missisipi lap bu yaxınlarda, 2013-cü ildə ratifikasiya etdi.

HÜQUQ, YOXSA ŞÜAR?

Bu məsələlərlə, eləcə də ABŞ-ın dünyada yeri və rolu haqqında sonsuzluğa qədər mübahisə etmək olar. Çox şey demək olar. Prinsipcə, sovet quruluşu qadınlara ABŞ-dan tez seçki hüququ vermişdi. Amma seçki yox idi, onu faktiki olaraq ləğv etmişdilər. Kimə lazım idi belə “seçki hüququ”?

ABŞ-ın müstəqillik bəyannaməsinin imzalanmasını əks etdirən poçt markasındakı şəkil.

ABŞ-ın müstəqillik bəyannaməsinin imzalanmasını əks etdirən poçt markasındakı şəkil.

Sovetlərdə nəinki hüquqi, həm də sosial mənada bərabərlik vardı. Amma bu, dəhşətli yoxsulluq fonundakı bərabərlik idi. Lazım idimi insanlara belə bərabərlik? İnsanlara şüar lazım deyil, onlara əsl hüquq lazımdır ki, onu da onlara birinci ABŞ verməyə başladı...

BİR GÜNÜN İKİ ƏSRLİK FƏLSƏFƏSİ...

Əslində 4 iyulun fəlsəfəsi başqa idi. Bu gün göstərdi ki, birinci olmaq heç də həmişə qorxulu deyil. Millət istəyəndə kimin birinci, kimin ikinci olmasına elə də məhəl qoymur, öz yolu ilə gedir.

Azərbaycanda “anoloqu olmayan” ifadəsini çox sevirlər. Düz iki yüz otuz səkkiz il bundan əvvəl Amerikada anoloqu olmayan hadisə baş verdi: ilk dəfə olaraq koloniya metropoliyadan ayrılaraq müstəqil oldu, hətta metropoliyanın bu prosesin qarşısını almaq üçün törətdiyi müharibəni də uddu və buna İstiqlaliyyət uğrunda müharibə adını verdi.

O vaxt nə “dünya birliyi” vardı, nə də Avropa Şurası. İnsanlar “cəhd və səhv” yolu ilə nəsə etməyə çalışırdılar. Bəzən alınırdı, bəzən də alınmırdı.

Azərbaycanda “eksperiment” sözünü sevmirlər. Hətta 1918-20-ci illərdə baş vermiş hadisələrə eksperiment deyəndə inciyirlər də.

Prinsipcə, sovet quruluşu qadınlara ABŞ-dan tez seçki hüququ vermişdi. Amma seçki yox idi, onu faktiki olaraq ləğv etmişdilər. Kimə lazım idi belə “seçki hüququ”?

Amma ABŞ özü böyük bir eksperiment idi. Bəlkə elə indi də eksperimentdir. Bir daha deyirik ki, eksperiment sözündən mühafizəkarlar, bir də gələcəkdən qorxanlar çəkinirlər.

Əvvəldə dedik ki, müasir dünyada ABŞ-ın yeri və rolu haqqında çox mübahisə etmək olar. Amma ABŞ-ın önəmi onun dünyada oynadığı rolda da deyil. Ondadır ki, bu ölkədə hədsiz dərəcədə effektiv siyasi və iqtisadi sistem yaradılıb. Sözsüz ki, qüsursuz deyil. Amma digər ölkələr kimi tək qüsurlardan da ibarət deyil. Çox effektiv sistemdir.

KİM DAHA SÜRƏTLƏ ARTDI?

Azərbaycanda “artım parametrləri”lə öyünməyi sevirlər. Amma kökündə neft gəlirləri dayanan bu “artım parametrləri” ABŞ-da ilk illərdə müşahidə olunan artım parametrləri kimi təəccübləndirmək gücündə deyil.

Hətta bir əsr bundan əvvəl okeanın o tayında tütündən və şəkərqamışından başqa bir şey yox idi. İndi isə okeanın bu tayında nələrin olduğu haqqında düşünmək lazım gəlir...

Niyə görə? Ona görə ki, onlar eksperimentdən qorxmurlar. Onlar səhv etməkdən də qorxmurlar. Ona görə ki, birdəfəlik qəbul ediblər ki, irəli getmək üçün daim nəsə etmək lazımdır. Nəsə edirsənsə, səhv edə bilərsən. Yalnız ölülər və bir də axmaqlar səhv etmirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG