Keçid linkləri

Təcili xəbərlər

Bir həbi udmaqla xarici dildə danışmaq mümkün olacaq...


Foto: Arxiv
Foto: Arxiv

-

ABŞ mediasında yayılan xəbərlərə görə, Massaçusets Texnologiya İnstitutunun kompüter mütəxəssisi Nicholas Negroponte 30 ilə xarici dil öyrənməyə imkan verəcək bir həb hazırlanacağını iddia edir. O bu iddiasını Kanadada qatıldığı bir konfransda dilə gətirib.

Hələ 1984-cü ildə kompüterlərdə mouse-dan – «siçan»dan əl çəkiləcəyini və ekranın barmaqla yönəldiləcəyini söyləyən Negroponte-nin öncədəngörmə qabiliyyəti android telefon və tabletlərlə özünü doğrultmuşdu.

Alimin fikrincə, «bilgi həbi qana qarışaraq, bu yolla beyinə yetişəcək və müxtəlif məlumatlar beyinin gərəkli sahələrində saxlanacaq. Beləcə, istədiyi xarici dili anlayacaq adam arzuladığı kitabı oxuya biləcək».

Ən son yazılan

XS
SM
MD
LG