Keçid linkləri

-

Amazon yeni onlayn bulud saxlama xidməti «Amazon Zocalo»nu təqdim edib. Bəs «Zocalo»nun iş prinsipi necədir? Dropbox-dan nə ilə fərqlənir?

Zocalo bu gün istifadə olunan Dropbox və digər bulud xidmətlərinin rəqibi kimi düşünülə bilər. İstifadəçilər internet üzərindən telefon, planşet, kompüter və digər cihazlar vasitəsilə saxladıqları fayllara çata bilirlər. Bu, həm də onlayn mühitdə saxlanılan materialları asanlıqla paylaşmaq imkanı verir.

Amazon-un bulud xidmətindən ayda 5 dollar ödəməklə yararlanmaq olar. Bu ödəmənin qarşılığında istifadəçilər 200 GB-lıq saxlanma yerindən faydalana bilərlər.

Hal-hazırda Amazon work Space-in 50 GB-lıq pulsuz saxlama xidmətini işlədən şirkətlər istədikləri halda, ayda 2 dollar ödəyərək saxlama tutumunu 200 GB-a çatdıra bilərlər.

XS
SM
MD
LG