Keçid linkləri

Təcili xəbərlər

Ağıllı telefonlarda çılpaq foto şoku


Ağıllı telefonlar
Ağıllı telefonlar

-

Məşhur təhlükəsizlik şirkəti Avast ikinci əl ağıllı telefonlarda mühüm bir təhlükəni qabardıb.

Şirkət e-bayda satılan işlənmiş telefonlardan bəzilərini satın alaraq araşdırma aparıb. İstifadəçilərin format edib satışa verdiyi bu telefonlarda bərpa proqramı ilə silinmiş sayılan bir çox şəkilləri geri qaytarmaq mümkün olub. Bu şəkillərin arasında telefonların əvvəlki sahiblərinə aid çox sayda çılpaq, intim fotolar var.

Şirkət 40000 fotonu bərpa edib ki, bunlardan 750-si qadın istifadəçilərin çılpaq selfie-ləri, 250-si isə kişi istifadəçilərin çılpaq şəkilləridir. Avast şirkəti eyni zamanda, 1500 ailə şəkli, 750 ədəd mesaj və şəxsi yazışma ələ keçirib.

Beləliklə də, şirkət istifadəçilərə telefonun yaddaşını daha güvənli üsullarla silmələri üçün xəbərdarlıq edir. Faylları gerçəkdən silmək üçün üzərinə yeni fayl saxlamaq lazımdır. Bunun üçün güvənli silmə proqramları var. Bir faylın üzərinə bir neçə başqa fayl yazaraq, onu bərpa olunmayacaq formada silmək olar.

XS
SM
MD
LG