Keçid linkləri

.

BİR İLLÜZİYANIN İZİ İLƏ...


Dünyada elə proseslər var ki, onlara diqqət yetirməmək, bu hadisələri izləməmək mümkün deyil. Bu mənada onsuz da həmişə diqqətdə olan, heç bir vaxt arxa plana keçməyən Yaxın Şərq münaqişəsi yenidən siyasi gündəmin ön cərgəsinə keçdi.

Hər şeydən öncə burada bir siyasi üllüziyanı vurğulamaq olar. O üllüziya haqda ki, ona uzun müddət insanlar inanmışdılar. Söhbət Soyuq Müharibədən və onun 20-ci əsrin böyük etnik və ərazi münaqişələrinə təsirindən gedir.

Uzun illər Soyuq Müharibənin bitməsi bir çox problemlərin çarəsi kimi görülürdü. Güman edilirdi ki, Soyuq Müharibənin bitməsi Yaxın Şərq, ərəb-İsrail münaqişəsinə də təsirini göstərəcək.

Amma gümanımız düz çıxmadı. Soyuq müharibə bitdi, dünya hətta növbəti soyuq müharibə haqda danışmağa başladı, amma peygəmbərlərin torpağına-Yaxın Şərqə dinclik və rahatlıq, sülh və əmin-amanlıq gəlmədi.

Məlum oldu ki, ərəb-İsrail münaqişəsi yalnız böyük güclərin, böyük dövlətlərin iradəsinin məhsulu deyil, bu münaqişədə elə ciddi məqamlar var ki, onların aradan qaldırılması münaqişə iştirakçılarının özündən, onların xoş məramından asılıdır...

HƏR ŞEY BÖYÜK DÖVLƏTLƏRDƏN ASILI OLSAYDI...

Bəzən həmin məntiqlə fikirlər səslənir ki, Qarabağ problemi də sırf Rusiyanın iradəsinin məhsuludr. Təbii ki, belə gümanlara varmaq üçün müəyyən əsaslar var və bu məntiq siyasi reallıqdan tamam kənarda da deyil.

Nəticədə nə baş verir? Bu torpaq heç kimə - nə fələstinlilərə, nə də yəhudilərə xoşbəxtlik gətirmir. Hər iki tərəfdə insanlar hər an terrorun, raket hücumunun qurbanı olmaq qorxusu altında yaşayırlar.

Amma dəfələrlə elə bir situasiyalar yaranıb ki, münaqişənin həllinin ölü nöqtədən tərpənməsi üçün imkan olub, bunun üçün yalnız münaqişə içtirakçılarının, xüsusən də Ermənistanın xoş iradə göstərməsinə bir ehtiyac olub. Amma bu, baş tutmayıb, alınmayıb, çünki xoş iradə nümayiş etdirmək istəyi olmayıb.

Sözsüz ki, keçmiş SSRİ-nin və indi də Rusiyanın bir çox münaqişələrin yaranmasında və inkişafında müəyyən rolu var və olub. Ən azı indi Ukraynanın şərqində cərəyan edən proseslər buna sübutdur. Amma bəzi hallarda münaqişədə olan xalqların iradəsi hər şeydən üstündür. Onlar isə bu iradəni nümayiş etdirmirlər...

MÜNAQİŞƏYƏ GƏTİRƏN TƏLƏBLƏRDƏN ÇƏKİLMƏSƏLƏR...

Yaşı çoxdan yarım əsri keçmiş Yaxın Şərq münaqişəsinə baxanda da görürsən ki, hələ dialoq və komromis məntiqi tərəflərə hakim kəsilməyib.

Tərəflər hələ də qəbul edə bilmirlər ki, bu münaqişənin yaranmasına gətirib çıxaran tələblər çərçivəsində onun həllini axtarmaq tamam mənasız işdir, hamı həmin tələblərdən bir addım geri çəkilməli və komromis haqqında düşünməlidir. Amma bu, hələki alınmır.

Nəticədə nə baş verir? Bu torpaq heç kimə - nə fələstinlilərə, nə də yəhudilərə xoşbəxtlik gətirmir. Hər iki tərəfdə insanlar hər an terrorun, raket hücumunun qurbanı olmaq qorxusu altında yaşayırlar.

Bu yaxınlarda İsrailin bir şəhərini göstərirdilər. Toya toplaşmış insanlar həyəcan siqnalını eşidən kimi gizlənməyə yer axtardılar. Bir neçə il bundan əvvəl orta statistik azərbaycanlıya bunu duymaq çətin olardı. Amma indi bunu azərbaycanlılardan yaxşı duya bilən xalq tapmaq çətin olardı – ona görə ki, Ermənistanla sərhəd rayonlar daim atəş altında olur, böyüklər və uşaqlar daim ölüm təhlükəsilə üzbəüz olurlar.

Bu münaqişədə hansısa tərəfə haqq qazandırmaq, ona üstünlük vermək çətyindir. Amma bəzi detalları qeyd etmək olar. Münaqişə yeni fazaya qədəm qoymaq ərəfəsində fələstinlilər çox nikbin görünür, hətta HAMAS-ı (İslam Müqavimət Hərəkatı) özlərinin xilaskarı adlandırırdılar. Bir ara atəşkəs də elan olundu, amma o, cəmi altı saat çəkdi.

böyük, müqəddəs inam həmişə bölünməz olur, çünki o, hamınındır. Bəlkə Qüdsə də elə status vermək lazımdır ki, o, hamının-həm yəhudilərin, həm də ərəblərin olsun?..

İndi İsrail Qəzzada yerüstü əməliyyatlara başlarkən müsəlman dünyasında bir həyəcan hiss olunur.

Belə görünür, HAMAS-ın da istədiyi elə budur. Təəssüf ki, bir çox hallarda münaqişə müəyyən siyasi təşkilatların mövcudluq və yaşayış formasına çevrilir, çünki onlar bu yolla siyasi dəstək və maliyyə alırlar.

Münaqişənin həlli İsrailin bir dövlət kimi mövcud olmaq hüququnun etirafından, Qüdsə münasibətdən və bir də siyasi radikallıqdan çəkinməkdən keçir. Təbii ki, çətindir. Amma başqa yol da yoxdur.

Qüdsün fələstinlilər üçün də nə qədər mühüm önəm kəsb etdiyinin hamı fərqindədir. Amma dini baxışlara görə ərəblər və yəhudilər qohum, eyni kökdən olan millətlərdir.

Məsələnin qəlizliyi də bundadır ki, Qüds tək fələstinlilər üçün deyil, hər iki tərəf üçün sakral məzmun kəsb edir. Hətta bu, bir qədər mistikləşmiş münasibətdir. Bəzən bu mistika sərhəd belə tanımır-bir dəfə bir ciddi İsrail müəllifinin yazısından oxumuşduq ki, Qüds Allahla təmasda bulunmaq üçün Yer üzərində ən əlverişli yerdir!

Kim bilir? Bəlkə elə buna görə bu torpaqdan bu qədər peygəmbər çıxıb?

Amma o da var ki, böyük, müqəddəs inam həmişə bölünməz olur, çünki o, hamınındır. Bəlkə Qüdsə də elə status vermək lazımdır ki, o, hamının-həm yəhudilərin, həm də ərəblərin olsun?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG