Keçid linkləri

Rusiyada ictimai yerlərdə Wi-Fi-ya anonym qoşulmaq qadağan olunur.

Bu barədə qəraraı baş nazir Medvedev avqustun 8-də imzalayıb.

Restoranlarda, parklarda, metroda və s. ictimai yerlərdə Wi-Fi-ya qoşulmaq istəyənlər qeydiyyatdan keçməlidirlər. Onlara giriş yalnız o vaxt veriləcək ki, özlərinin tam adlarını yazsınlar və bu adlar onların İD-si ilə təsdiqlənsin.

Rusiyanın Rabitə Nazirliyindən verilən izaha görə, bu vaxt pasport göstərmək məcburi deyil. Ancaq Wi-Fi-ya qoşulmaq istəyəndən onun kimliyi ilə bağlı istənilən informasiya tələb oluna bilər - ad, soyad, atasının adı, sürücülük vəsiqəsinin nömrəsi və s. İstifadəçinin kimliyinin hansı yolla müəyyənləşdirilməsini isə operator seçir.

Rusiya İnternetə nəzarəti gücləndirməkdə davam edir.

Bu yaxnlarda qüvvəyə minən son qanun gündəlik 3 min oxucusu olan bloqçunun ölkənin media tənzimləyicisi olan Roskomnadzorda qeydiyyatdan keçməsini tələb edir və bloqçunun yazdıqları Rusiyanın kütləvi informasiya vasitələri haqda qanunlarının təsir dairəsinə düşür.

XS
SM
MD
LG