Keçid linkləri

Təcili xəbərlər

Qarabağ Soçidən sonra...


Serzh Sarkisian və Vladimir Putin
Serzh Sarkisian və Vladimir Putin

-

Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid

İNDİ YALNIZ EHTİMALLAR VAR...

Soçidən sonra Azərbaycan-Ermənistan hərbi teatrında vəziyyətin necə olacağını demək olduqca çətindir. İndi yalnız ehtimallar səslənir. Kimi Soçi prosesindən sonra hərbi qarşıdurmanın daha mürəkkəb fazaya keçəcəyini deyir, hətta müharibənin başlayacağını iddia edir. Kimi də əksinə, qarşıdurmanın nisbətən səngiyəcəyini, onun bu vaxta qədər adət olunan hala gələcəyini proqnozlaşdırır.

Təbii ki, bunlar yalnız ehtimallardır. Amma çox maraqlıdır ki, əcnəbi təhlilçilər və diplomatlar belə bütün hallarda Azərbaycan-Ermənistan münaqişəsində dönüş dövrünün başlandığına işarə edir, hətta bu münaqişənin daha donmuş münaqişə olmadığını iddia edir.

Ermənistandakı siyasi atmosfer bizə bəlli olmasa da, Azərbaycandakı ovqatı seyr etmək və müəyyən nəticələr çıxarmaq o qədər çətin deyil. Düzdür, avqustun 6-da döyüş bölgələrinə səfəri zamanı İlham Əliyev çox sərt, hətta bir qədər müharibə ruhlu bəyanatlar versə də, yenə də Soçiyə yollandı.

Ölkə hərbi vəziyyətə yaxın atmosfer içindədir - Ermənistanla istənilən təmas qətiyyətlə pislənir, hətta birgə regional layihələr həyata keçirən QHT-lər belə tənqid və bəzən də təhdid obyekti olurlar...

Bu, isə o deməkdir ki, hərbi teatrda birdəfəlik dönüş etməklə və yaxud da ki, Bakıda deyildiyi kimi, müharibənin ikinci fazasına başlamaqla bağlı hələ müəyyən tərəddüdlər var, baxmayaraq ki, hərbi ritorika və təbliğat yenə də özünün pik həddinə çatıb.

Ölkə hərbi vəziyyətə yaxın atmosfer içindədir - Ermənistanla istənilən təmas qətiyyətlə pislənir, hətta birgə regional layihələr həyata keçirən QHT-lər belə tənqid və bəzən də təhdid obyekti olurlar...

Siyasi partiyalara gəldikdə isə, onların fəaliyyəti onsuz da dondurulmuş vəziyyətdir - əgər ölkənin aparıcı müxalifət partiyalarının öz cari tədbirlərini keçirmək imkanları faktiki olaraq yoxdursa, onlarla bağlı əlavə siyasi qərarlar və qadağalar qəbul etməyə ehtiyac varmı?

MÜNAQİŞƏDƏN SONRAKI DÖVRÜ DÜŞÜNƏRKƏN...

Amma müharibə ritorikası elə bir şey deyil ki, tamamilə ona aludə olasan. Elə bəzi QHT liderlərinin dediklərində də müəyyən məntiq var. Məsələ bundadır ki, heç bir hərbi qarşıdurma, lap elə müharibə də əbədi olaraq davam edə bilməz, bunun da bir sonu var.

Xüsusən də nəzərə almaq lazımdır ki, ölkə rəsmiləri özləri də etiraf edir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa özünüidarəetmə statusu verməyə və ermənilərin Azərbaycanda qalıb yaşamasına razıdırlar. Deməli, münaqişədən sonrakı dövr haqqında da, necə deyərlər, post-konflikt dövrü haqqında da düşünmək lazımdır. Buna xalq və yaxud da ki, əcnəbilərdə deyildiyi kimi, ikinci plan diplomatiyasında «bir qapını açıq saxlamaq» deyirlər...

Bu gün Azərbaycan rəsmilərinin çıxışlarında, bəyanatlarında bir element çatışmır: bu, da Dağlıq Qarabağdakı ermənilərə ünvanlanan birgəyaşayış və Ermənistandakı ermənilərə istiqamətlənən qonşuluq çağırışlarıdır.

Düzdür, müəyyən tədbirlərdə Ermənistan tərəfinin iştirakına imkan yaradılır.

Seyrək şəkildə olsa da, Ermənistana sülh xarakterli çağırışlar edilir. Məsələn, Rusiya ilə Ermənistan arasında qazla bağlı anlaşılmazlıq yarananda Azərbaycan rəhbərliyi buna dərhal reaksiya verdi, Ermənistanı qazla təchiz etməyə hazır olduğunu bildirdi.

Bundan xeyli əvvəl isə Bakı-Ceyhan xəttini Ermənistandan keçirmək haqda planlar vardı. Ermənistan buna da reaksiya verməmişdi.

Hərbi ritorikanın birtərəfli olduğunu demək çətindir - Ermənistan da öz növbəsində çox sərt, hətta hərbi məzmunlu diplomatiya yürüdür...

Ona görə də hərbi ritorikanın birtərəfli olduğunu demək çətindir - Ermənistan da öz növbəsində çox sərt, hətta hərbi məzmunlu diplomatiya yürüdür...

Amma bu, çıxış yolu deyil. Səhvlərin aradan qalxması onların etirafından və bununla bağlı mənəvi iztirablardan keçir.

FOBİYA DAHA ÇOX HARADADIR?

Ermənistan rəhbərliyi həmişə iddia edir ki, Azərbaycanda ermənifobiya var. Di gəl, unutmaq lazım deyil ki, «Daş yuxular» Azərbaycanda yazıldı, onu da azərbaycanlı yazıçı yazdı...

Münaqişədən sonrakı dövr nəinki siyasi ritorikanı mülayimləşdirməyi, hətta onun məntiqini dəyişməyi tələb edir. Əks təqdirdə sülh heç bir vaxt bərqərar ola bilməz.

Bəli, sırf hərbi yolla ərazi tutmaq və yaxud da ki, qaytarmaq elə də çətin iş deyil. Amma sırf hərbi yolla sülhü bərqərar etmək olmaz: bu halda yenə də atəş səsləri səngiməyəcək, tərəflər sərhəddə və təmas xəttində biri-birini, dinc əhalini atəşə tutmaqda davam edəcəklər...

İndi bir ildən sonra olsa da Rusiyanın vasitəçiliyilə müəyyən təmas yaradıldı. Hərçənd, Dmitry Medvedevin vaxtında bu təmaslar daha intensiv idi, amma ortalıqda nəticə yox idi.

İndi estafeti Vladimir Putin götürmək istəyir və çox yaxın vaxtlarda bunun da effektivliyini yoxlamaq mümkün olacaq. Necə deyərlər, hər şeyin aynası zamandır, zaman özü hər şeyi yerbəyer edəcək, bu cəhdin də nə qədər effektiv olduğunu göstərəcək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG