Keçid linkləri

.

BİR DƏFƏYƏ HƏR ŞEYİ DEMƏK OLMUR...

Cəmiyyət olduqca qəliz məsələdir. Erkən gənclik çagında düşünürdük ki, təbiət elmləri insan zəkasının qadir olduğu ən abstrakt modellərdir. Sonradan ictimai elmlərlə, xüsusən də fəlsəfə ilə daha yaxın tanışlıqdan sonra başa düşdük ki, bu nəticəmizdə bir qədər tələskənliyə yol vermişik – insan, insan toplumu, onun yaratdıgı ictimai-siyasi institutlar daha qəlizdir...

Bu qəlizliyi bəzən emosiyasız ifadə etmək olmur. Amma emosiyalar vəziyyəti daha da qəlizləşdirir.

Yadımıza rəsmi senzuranın mövcud olduğu vaxtlar düşür. Nəzərə alsaq ki, Azərbaycanda senzura 1998-ci ildə ləğv olunub, bu, elə də uzaq keçmiş deyil.

Nə qədər çalışsan da, nə qədər böyük jurnalist olsan da bir dəfəyə hər şeyi demək, hər şeyi yazmaq heç də mümkün deyil. Biri var, bir aksiya edəsən, biri də var ki, hər gün oxucularla görüşə gələsən... Hansı daha effektlidir?

Senzura adamı yorurdu, bezdirirdi. Həmkarlardan bəzisi deyirdi ki, niyə özümüzə əzab veririk, gəlin, qəzetin bir nömrəsində hakimiyyət haqqında “dişimizin dibindən çıxanı” yazaq, sonra da gedib başqa işlə məşgul olaq, canımız qurtarsın bunların əlindən...

Bu qiyamı, etirazı başa düşürdük. Amma bir az əvvəl səslənən fikri qəbul edə bilmirdik, əksinə daha uzun müddət mövcud olmaq və yazmaq üçün hətta bir qədər mülayimliyə çagırırdıq.

Düşünürdük ki, nə qədər çalışsan da, nə qədər böyük jurnalist olsan da bir dəfəyə hər şeyi demək, hər şeyi yazmaq heç də mümkün deyil. Biri var, bir aksiya edəsən, biri də var ki, hər gün oxucularla görüşə gələsən... Hansı daha effektlidir?

O vaxtlar Aesop (Ezop) dili ifadəsi karımıza gəlirdi. Bu ifadə adət olunandan bir qədər də fərqli məzmun kəsb edirdi - bütün üstüörtülü deyimlərin və ifadə tərzlərinin hamsını Aesop (Ezop dili) və ya Aesop (Ezop) üslubu adlandırırdıq.

TƏK HAKİMİYYƏTLƏ YOX...

Yazı adamı, ictimaiyyət fəalı tək hakimiyyətlə ixtilafda olmur, bəzən onun yazdıqları cəmiyyətin müxtəlif kəsimlərinin də xoşuna gəlmir. Bu halda hakimiyyətin və siyasi institutların sanksiyalarına cəmiyyətin də sanksiyaları əlavə olunur, vəziyyət daha da qəlizləşir...

Bunları niyə görə deyirik? Sadəcə, azad olmayan ölkədə azad insanın qarşılaşacagı problemlərin konturları haqda təsəvvür yaratmaq istəyirik. Bir çox hallarda cəmiyyətin sanksiyaları daha ağır olur.

DÜNYANIN XOŞBƏXTİ...

Baxırıq indiki Azərbaycana...

İnsanların əksəriyyəti sözün əsl mənasında “xoşbəxtdir”. Ona görə ki, burada çox az kəsimdən yaşamaq üçün həqiqətən də qazanmaq tələb olunur, böyük əksəriyyətə “çırpışdırmaq” imkanı verilib.

Azərbaycanda çox az kəsimdən yaşamaq üçün həqiqətən də qazanmaq tələb olunur, böyük əksəriyyətə “çırpışdırmaq” imkanı verilib. Qarpızsatan müəllimdən, müəllim tələbədən, tələbə valideyndən, valideyn isə ona işi düşən hər kəsdən "çırpışdırır"...

İnsanlar bunu çox normal qəbul edirlər- qarpızsatan müəllimdən, müəllim tələbədən, tələbə valideylərindən, valideynlər isə onlara müraciət edən, onlara işi düşən, onlarla təmasda olan adamlardan “çırpışdırırlar”...

İndi Azərbaycanda on hüquq müdafiəçisi həbs olunub. Etiraf edək ki, Onları hakimiyyət sevmir, etiraf edək ki, heç cəmiyyətdə də onlara münasibət arzu olunan kimi deyil.

Səbəbi? Səbəbi çox qəlizdir. Zənnimizcə, hakimiyyət o adamları ona görə sevmir ki, onlar başqaları kimi hakimiyyətdən asılı deyillər, özlərinin maliyyə müstəqilliyi var...

Cəmiyyət də onlara ona görə kənar adamlar kimi baxırlar ki, bu adamlar qrant alırlar, xaricilərlə oturub-dururlar. Amma düşünürük ki, bu da əsas səbəb deyil. Doğrudan da, niyə görə qrant almaq rüşvət almaqdan pis hesab edilir? Məsələ bundadır ki, rüşvət alıb “özünküləşirsən”, sən də olursan hamıdan biri. Amma qrant alanda özgələşirsən, başqalarından seçilirsən, axı rüşvətdən fəqrli olaraq qrantı hamı ala bilmir.

BAXIR KİMDƏN ALIRSAN...

Hakimiyyətdəkilər heç də qrantların tamamilə əleyhinə deyillər. Axı Azərbaycanda daxili qrantlar da var. Onları alanları heç kim qınamır, çünki bunlar özününkülərdir, onlar dövlətin “sirlər”ini- nə qədər siyasi məhbusun olduğunu, nə qədər insanın hüquq və azadlıqlarının pozulduğunu dünyaya faş etmirlər, alırlar və susurlar...

Niyə görə qrant almaq rüşvət almaqdan pis hesab edilir? Məsələ bundadır ki, rüşvət alıb “özünküləşirsən”, sən də olursan hamıdan biri. Amma qrant alanda özgələşirsən, başqalarından seçilirsən, axı rüşvətdən fəqrli olaraq qrantı hamı ala bilmir.

Ən başlıcası isə onlar müstəqil deyillər- hər halda, hakimiyyətdəkilər belə düşünür, çünki hakimiyyət daxili qrantları daha çox müstəqillikdən imtina etməyin müqabilində verir...

Nə qədər qəribə olsa da, bu sətirlərin müəllifi bəzi QHT-lərə qarşı təzyiqləri, “QHT ovu”nu irəlicədən “proqnozlaşdırmışdı”.

Rusiyada əcnəbi donorlardan qrant alanları və xarici hüquq-müdafiə təşkilatları ilə əməkdaşlıq edənləri “xarici agent” kimi qeydiyyatdan keçməyə məcbur edəndə düşündük ki, belə psixoloji təhdid hansısa formada Azərbaycanda da ifadəsini tapacaq.

Elə həqiqətən də çox gözləmək lazım gəlmədi - Azərbaycan rəsmiləri nümunəvi şagird kimi “ev tapşırığı”nı dərhal yerinə yetirdilər və ona yaxın hüquq müdafiəçisi həbs olundu, ölkədə əsl “əcinnə ovu” başlandı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG