Keçid linkləri

.

“ÖZGƏ NƏ VAR, NƏ YOX?”

Bu ölkədə ən çətin iş tanış-bilişin sorgu-sualına cavab verməkdir. Ağzını açmağa qoymurlar, “Nə var, nə yox?” Başqa nə var, nə yox? Özgə nə var, nə yox?” kimi sualları güllə kimi yağdırırlar...

Bir təhər macal tapıb deyirsən ki, əşi, rəhmətliyin oglu, bütün dünya Azərbaycandan danışır, sən hələ soruşursan ki, nə var, nə yox? Bunu eşidən kimi qayıdırlar: “Nə danışırlar ki? Hə, onu deyirsən? Əşi, bunlar boş şeydir! De, görək, başqa nə var, nə yox?” – deyə yenə də soruşmağa...

Dogrusu, yarıyaş olmuşam, yaşım əlliyə çatıb, amma bu vaxta qədər bir şeyi yəqin edə bilməmişəm: bu millət “dolu şey” deyəndə nəyi nəzərdə tutur? Nə nə deyirsən, qayıdırlar ki, boş şeydir!..

Ən çətin iş tanış-bilişin sorgu-sualına cavab verməkdir. Ağzını açmağa qoymurlar, “Nə var, nə yox?” Başqa nə var, nə yox? Özgə nə var, nə yox?” kimi sualları güllə kimi yağdırırlar...

Fikirləşirsən ki, bəlkə bu da bir sosial immunitetdir? Adamlar özlərini bilməməzliyə vurur, guya ki, heç nədən xəbərləri yoxdur.

Bəlkə bu da daha rahat, agrısız yaşamaga kömək edir? Kim bilir?

Amma bu günün sükutunun arxasında çox böyük itkilər dayanır.

İnsanlar özləri də bilmir ki, susmaqla ölkədə aparılan siyasətə bir növ “hə” deyirlər. Bu günün sükutunun arxasında sabahın dəyənəyi dayanır...

SUSANLAR DA İKİ CÜR OLUR...

Düzdür, susanlar da iki cür olur. Daha böyük qrupun sükutunun arxasında həqiqətən də böyük etinasızlıq, biganəlik var. Bunlar “Məndən sovuşdu, qonşuma dəydi...” psixologiyası ilə yaşayanlardır. Onlar məişət səviyyəsindən azacıq kənara çıxan problemlərlə maraqlanan, belə problemlərlə yaşayan insanları, ümumiyyətlə, başa düşmür.

Bu adamlar daim “ayaqlarını yorğanına görə uzadanlar”, “hökumətlə hökumətlik etməyənlər”, “ağrımayan başlarına dəsmal bağlamaq istəməyən”lərdir. Onlar çoxdur. Durğunluq dövründə onlar bir qayda olaraq çox olur...

“Durğunluq” sözü sizi çaşdırmasın, sizə qəribə görünməsin. Azərbaycanda əsl durğunluqdur. Ürəkaçan, işıqlı şey olduqca azdır. Mətbuat, televiziya mədhiyyəçiliklə məşguldur. Boş şüarlar baş alıb gedir...

Bəli, sovetlərin də durğunluq dövründə az sayda etiraz edənlər vardı. Siyasi sistem bu adamlarla çox, olduqca sərt davranırdı. Onların bəzisini sürgün edir, bəzisini həbs edir, bəzisini də ruhi xəstəxanaya göndərirdilər.

O vaxt belələri haqda böyük əksəriyyət ucadan danışır, partiyanın və dövlətin üzünə xor baxdıqlarına görə onları söyür, yamanlayırdı...
Daha kiçik qrup isə pıcıltı ilə danışmağa üstünlük verirdi.

Onların ucadan danışmaq imkanları yox idi, onlar susur, ümumi xora qoşulmur, yalanı paylaşmır, hər şeyi ürəklərinə salırdılar. Bir də gördün ki, küçədə getdikləri yerdə, avtobusda və ya metroda ürəklərini tuturdular...

SUSMAQLA ETİRAZ ETMƏK DƏ OLUR...

İndi də, Azərbaycanda da belələri var. Onların sükutu razılıq əlaməti deyil, əksinə bu adamlar susmaqla etiraz edirlər. Belələrini lap sovetlərin dövründə olduğu kimi, heç kim irəli çəkmir, karyera yolunda onlara dəstək olmurlar. Bu adamlara “adamayovuşmaz”, “kollektivə qarışmayan”, qəliz adam kimi baxırlar...

Amma onların sükutu bəlkə də hər şeydən, hər zillətdən ağırdır. Bir dəfə bir ədəbiyyat müəllimi dedi ki, əşi, hamı Məcnundan danışır, ibn Salamı isə heç görən yoxdur, halbuki, bir Allah bilir ki, o, Məcnundan heç də az əzab çəkmirdi, bəlkə də daha çox çəkirdi, bəlkə də daha çox agrıyırdı!...

Oxudum ki, bu ölkədə geriyə gedən saatlar quraşdırılır. Bu, olduqca simvolik göründü...

Ona görə də sükut belə havayı, nəticəsiz sovuşmur: o, böyük əksəriyyətin mənəviyyatını sovurub aparır, aşındırır, qalanların izə ömrünü sovurur.

Neçə ömürlər bu yolda xəbərsiz-ətərsiz qurban oldu: axı çox vaxt heç düşünmürük də ki, bəzi xəstəliklər niyə belə cavanlaşıb?

Halbuki, hər şey göz önündədir. Avtobusda, metroda insanlara fikir verin. Onların sifətində bir yorğunluq, hətta kədər var... Bəlkə də susmaqla, yalana qoşulmamaqla etiraz edənlər, hər şeyi ürəklərinə salanlar elə onlardır?!

YENİLƏNMİŞ DİALEKTİKANIN YENİ QANUNU...

Niyə belə olur? Və niyə belə olmalıdır axı? Deyirlər ki, indi dialektika dəbdə deyil. Hər halda, filosoflar belə deyir. Guya ki, metafizika dirçəlib və bu dirçəlişilə də dialektikanı sıxışdırıb...

Amma dialektikasız fəlsəfə çox kasıb, donuq olardı. Sadəcə, dialektikanın özünə yeni yanaşma lazımdır ki, dünyanın böyük zəkaları bunu ediblər.

İndi ziddiyyətlər haqqındakı qanunu əlavəlik prinsipi əvəz edir. Bu prinsipə görə ziddiyyətlər biri-birini “yemir”, əksinə tamamlayır. Amma Azərbaycan adlı ölkənin siyasi dialektikasından bu, duyulmur. Səbəbi?..

Bu yaxınlarda oxudum ki, bu ölkədə geriyə gedən saatlar quraşdırılır. Bu, olduqca simvolik göründü...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG