Keçid linkləri

Təcili xəbərlər

Bakıya baxanda sanki oliqarxiyanın ağarmış dişlərini görürsən...


Bakıdan mənzərə.
Bakıdan mənzərə.

.

Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

BİR NƏĞMƏNİN İZİ İLƏ...

Bildiyiniz bir məsələdən başlayacağıq. Asəf Zeynallının gözəl bir nəğməsi var. “Ölkəm” mahnısını deyirik. Bu mahnının sadə, olduqca sadə sözləri var. Amma mahnıda bu sadəliklə ilk baxışda uyuşmayan həzin bir kədər də var...

Bu kədər haqda çox düşünmüşük. Düzdür, Azərbaycan musiqisində bu, elə də qeyri-adi hadisə deyil. Elə bizim himnimizdə də həzin, kədərli not tapmaq elə də çətin deyil. Amma buna baxmayaraq həmişə düşünmüşük ki, bizim himnimiz dünyanın ən gözəl himnidir. Asəf Zeynallının da nəğməsi çox gözəl nəğmədir. Xüsusən də Bülbülün ifasında...

Amma niyə o, belə kədərlidir? Əcəba, bunun sirrini harada axtarmaq lazımdır? Bəlkə Asəf Zeynallının qısa, nakam həyatında? Doğrusu, bilmirik.

Amma bizə həmişə elə gəlib ki, Vətən haqqında yalnız bir halda kədərlə oxumaq və kədərli musiqi bəstələmək olar: o halda ki, sən özünü Vətənində istədiyin kimi hiss etmirsən... O halda ki, sən çox çalışırsan, əlləşirsən, vuruşursan, amma Vətən sənin ixtiyarında olmur...

YERİN ÜSTÜNDƏ...

Əvvəldə dedik ki, “Ölkəm” nəğməsi bizi həmişə düşündürüb. Amma bunu ayrıca yazıda ifadə etməyimizin bir başqa səbəbi oldu...

Tikilir, qurulur, yeni binalar, yeni keçidlər, reklam lövhələri, böyük maşın seli... Bütün bunlar adamı həm də sevindirir. “Bəli, bu, mənim şəhərimdir!” demək istəyirsən. Amma nədənsə özünü Charlie Chaplin-in “Böyük şəhərin işıqları” filminin personajının yerində hiss edirsən...

Daha çox metrodan istifadə edirik. Metro da elə şeydir ki, daha çox şəhərin altında olursan. Bu yaxınlarda dedik ki, bir üstə çıxaq, görək şəhərdə nə var, nə yox?

Doğrudan da şəhər çox dəyişib. Tikilir, qurulur, yeni binalar, yeni keçidlər... Güman edirik ki, bunu heç kim inkar etməz. Qərəz, gözümüzün önündə böyüyən və gündən-günə abadlaşan bir şəhər dayanıb...

Dünyanın bütün böyük şəhərlərinin bir şakəri var. İstəsən də, istəməsən də, dərhal şəhərin əzəməti, böyüklüyü, uca binaları adamı sıxır. Reklam lövhələri, göz qamaşdıran afişalar və tablolar... Böyük maşın seli...

Bütün bunlar adamı həm də sevindirir. Sən də “Bəli, bu, mənim şəhərimdir!” demək istəyirsən. Amma nədənsə özünü Charlie Chaplin-in “Böyük şəhərin işıqları” filminin personajının yerində hiss edirsən...

HİSS ETDİYİN ŞƏHƏR...

Bilmirik, nədəndir, adam o əvvəlki hisli-paslı və kiçik şəhər üçün qəribsəyir. Adam ürəkdən “Bakı, sabahın xeyir!” də deyə bilmir. Qorxursan ki, bu günü-gündən böyüyən şəhər səni saymaz və salamını almaz... Sən də milyonlarla insanın gözü önündə utanarsan, sıxılarsan...

Bütün bunları eqoizm kimi qəbul etməyin. Bir jurnalist dostumuz vardı, indi rəhmətə gedib. O həmişə deyirdi ki, çalışıram mənim uğursuzluqlarım, çətinliklərim yazılarımda hiss olunmasın.

Bizim də gileyimiz adətən bir vətəndaş gileyindən o tərəfə keçmir. Bu mənada Charlie Chaplin-in də filmlərində belə giley var. Chaplin-i də qınamaq olardı ki, bəs sən həyatın yalnız neqativ tərəflərini görürsən...

Amma həqiqətdə belə deyil. Sən deməsən, mən deməsəm, kim deyəcək? Sən yazmasan, mən yazmasam, bəs kim yazacaq bütün bunları?..

Bizim istədiyimiz nədir? İstəyirik ki, bütün Bakı İçərişəhər kimi olsun. İnsanlar İçərişəhəri, onun darısqal küçələrini, köhnə evlərini hiss edirdilər. Bu mənada həmişə bir filmdə gördüyümüz epizod gəlib gözlərimizin önündən keçir: qoca bir kişi, özü də kor, evlərin divarlarına əllərini sürtə-sürtə öz evinə doğru gedir...

OLİQARXİYANIN GÜLÜŞÜ...

İndi isə Bakıya baxanda sanki oliqarxiyanın ağarmış dişlərini görürsən. Bu adamı əzir, sıxır və çəkindirir... Oliqarxiya maşınını biz ilk dəfə C.Londonun “Dəmir daban” romanından hiss etmişik...

Baxırsan, ürəyin açılır. Dərhal da ağlına gəlir ki, bütün bunlar sənin üçün tamam əlçatmazdır. O, böyük binaların qapısından içəri buraxmazlar səni və hətta buraxsalar da heç kim üzünə baxmaz...

Baxırsan, ürəyin açılır. Dərhal da ağlına gəlir ki, bütün bunlar sənin üçün tamam əlçatmazdır. O, böyük binaların qapısından içəri buraxmazlar səni və hətta buraxsalar da heç kim üzünə baxmaz...

Ona görə də hər şey sənə yad görünür. Şəhərlər, kəndlər böyüdükcə, oliqarxiyanın kapitalı artdıqca bu məmləkət sənə yad görünür. Sən bir anlığa qaçmaq, böyük şəhərin dolanbaclarında gözdən itmək istəyirdən...

Amma dərhal da ağlına gəlir ki, gizlənə bilməyəcəksən. Sənin hətta təsəvvür etmədiyin bahalıqda olan maşınların gur işıqları aşkar edəcək səni...

Qaçacaqsan, qacaqsan, axırda da bir balaca yarasaya dönəcəksən. Deyəcəklər ki, bu, işığı sevmir, işığı görmür... Sən də heç nə sübut edə bilməyəcəksən.

Hələ onu demirik ki, bu şəhərin gecə qanunları da var. Gecənin də öz qaydaları, öz sahibləri var. Gecələr bu şəhərdə böyük oliqarx kişilər gündüzlər dolmuş ciblərini boşaldırlar... Bu böyük şəhərin gecəsində də sənə yer yoxdur...

Görən, Asəf Zeynallının “Ölkəm” mahnısı niyə belə kədərlidir?..

Heç bu haqda düşünmüsünüzmü?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG