Keçid linkləri

-

VLADİMİR PUTİN HƏMDƏRD AXTARIR...

Hakimiyyətdə olmağın dividentləri çoxdur. Amma nədənsə siyasətçilər başqaları ilə yalnız məsuliyyəti, özü də özlərinin gördükləri işin məsuliyyətini bölüşməyi-paylaşmağı sevirlər. Siyasətçilər hər yerdə belə olur - normal ölkələrdə də, digərlərində də...

Ona görə də eşidəndə ki, Vladimir Putin-in tapşırığı ilə baş nazir Dmitry Medvedev yaranmış vəziyyətdən çıxış yolları aramaq üçün siyasi partiyaların nümayəndələrilə görüşüb, bu, bizə elə də təəccüblü görünmədi.

Əvvəldən bilirdik ki, Vladimir Putin Krımın ilhaq olunmasından, Ukraynada vəziyyətin gərginləşdirilməsindən irəli gələn çətinliklərin məsuliyyətini cəmiyyətin üzərinə atmağa cəhd edəcək.

Əvvəldə qeyd etdik ki, burada təəccüblü heç nə yoxdur. Rusiyada məşhur bir deyim var: «Günahkar Chubais-dir...».

Bəli, hətta Boris Yeltsin də belə edirdi və hamının yadındadır ki, özəlləşdirməyə görə az qala bütün məsuliyyəti o, da Anatoly Chubais-in üstünə atırdı...

Bundan əvvəl Leonid Brezhnev, ondan əvvəl Nikita Khurusshshov, lap əvvəl isə Yozef Stalin belə edirdi...

Ona görə də təəccüblü heç nə yoxdur. Bu səbəbdən də indi günahın kimin üzərində olması deyil, bu situasiyadan necə çıxmaq daha çox maraq kəsb edə bilərdi.

Bundan əvvəl Leonid Brezhnev, ondan əvvəl Nikita Khurusshshov, lap əvvəl isə Yozef Stalin belə edirdi...Ona görə də təəccüblü heç nə yoxdur. Bu səbəbdən də indi günahın kimin üzərində olması deyil, bu situasiyadan necə çıxmaq daha çox maraq kəsb edə bilərdi.

Amma çıxış yolu axtaran varmı? Putin çox istəyir ki, Rusiya SSRİ olsun. Bu isə həm də o deməkdir ki, Rusiya SSRİ-nin taleyini təkrar etməlidir...

SSRİ NİYƏ ÇÖKDÜ?

Keçmiş SSRİ-nin çökməsilə bağlı ən müxtəlif ehtimallar var. Hələ indi də politoloqlar bu prosesin hansı ssenari üzrə baş verdiyini anlamağa cəhd edirlər və bəri başdan deyək ki, bu cəhdlər bir o qədər də uğursuz deyil...

Amma bu cəhdlər olmadan da birmənalı şəkildə demək olar ki, SSRİ-nin faciəsi Əfqanıstandan başladı. Məhz Əfqanıstan soyuq müharibənin ən soyuq həlqəsinin başlanğıcı oldu.

Bu mənada Vladimir Putin Krımı ilhaq etməklə, Ukraynaya müdaxilə etməklə çox böyük səhv etdi. İndi bir tərəfdən problem yaşamadıqlarını iddia edir, o biri tərəfdən də partiyaları toplayıb çıxış yolları arayırlar, hətta dünənə qədər öz daxili bazarlarından qovduqları keçmiş sovet ölkələrini yenidən öz bazarlarına dəvət edirlər.

İqtisadçılar da çox bədbin proqnozlar deyirlər. Sosioloqlar cəmiyyətin axıra qədər dözəcəyinə, yeni bir «perestroyka»nın başlanmayacağına əmin deyillər.

Bəli, SSRİ-dən fərqli olaraq Rusiya bazar iqtisadiyyatı hökm sürən ölkədir. Di gəl, axır vaxtlar bu bazar iqtisadiyyatı haqqında da ironiya ilə danışmaq lazım gəlir.

Bu prosesdə Rusiyanın itirdiyi ən böyük şey nədir? Rusiya modern dövlət olmaq, yüksək texnologiyalar səviyyəsinə qalxmaq şansını itirdi.

Kimsə deyə bilər ki, İran dözdü, məgər Rusiya dözməyəcəkmi? Dözəcək, amma elə İran kimi. Daha düzgün yol geri qayıtmaqdır. Bir müddətdən sonra bu, mümkün olmayacaq...

AVROPA DA İTİRİR, AMMA...

Düzdür, Avropa da haradasa nəsə itirir, Rusiya boyda bazarı itirir. Amma bu region öz itkilərini kompensasiya edə biləcək. Rusiya isə bunu bacarmayacaq.

Bu prosesdə Rusiyanın itirdiyi ən böyük şey nədir? Rusiya modern dövlət olmaq, yüksək texnologiyalar səviyyəsinə qalxmaq şansını itirdi. Bazar özü də təkcə elə alış-verişdən ibarət deyil. Milyonlarla istehlakçı normal seçim hüququndan məhrum oldu. Bunlar az şey deyil...

DÖZMƏK OLAR. AMMA NƏ VAXTA QƏDƏR?

Siyasətçilər deyir ki, insanlar dözməlidir. Amma nə vaxta qədər? Kimsə bunu bilirmi? Kimsə bunun fərqindədirmi? Konkret vaxt göstərən varmı?

İran bir qədər fərqli məsələdi. İranda birləşdirici amil var - bu, islamdır. Amma bunu Rusiya haqqında demək olmur.

Üstəlik, Rusiyanın etnik palitrası çox rəngarəngdir. Rusiya imperiyadır. Bu imperiyanı çalxalayan proseslərin üstündən heç əsrin dörddə biri qədər də vaxt keçməyib ki, onların unudulduğunu iddia edəsən. Yox, heç kim, heç nə unudulmayıb. Çeçenlər də öz keçmişlərini xatırlayırlar, tatarlar da, başqırdlar da...

Düzdür, hələ də Qərbin Rusiya ilə bağlı planlarının nə qədər ciddi olduğunu demək çətindir. Bu daha çox Rusiyanın davranışından asılı olacaq.

Amma hiss olunur ki, Rusiya siyasətçilərinin geri dönmək fikri yoxdur. Bu isə sonun başlanğıcı olacaq...

SSRİ çökdüyünü görüb Əfqanıstandan çıxdı. Eyni bir prosesi Rusiya təkrar edə bilərmi? Rusiya Krımı tərk edə bilərmi? Demək çətindir. Yaxın dövr üçün bunu gözləmək real görünmür.

Deməli, Rusiya böyük bir məchulluğa üz tutub. Yaxşılıq vəd etməyən məchulluğa. O səbəbdən də bu gün digər partiyalar Vladimir Putin-ə yalnız bir məsələdə yardımçı ola bilərlər - mümkün qədər SSRİ-ni tez unutmaqda...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG