Keçid linkləri

Təcili xəbərlər

Çin İnstagramı qadağan edir


Instagram
Instagram

-

Hong Kong-da həftə sonu baş verən demokratiya tərəfdarlarının aksiyasından sonra Çinin İnstagram-ı blok etdiyi bildirilir.

Twitter-ə bənzər mikrobloq platforması Weibo vasitəsilə paylaşılan fotolar da müəyyən açar sözləri ilə yazılırsa gizli görünür.

BBC-nin Pekin bürosu “Occupy Central” (Mərkəzi işğal et) və “Hong Kong tələbələr” kimi ifadələrin blok edildiyini bildirir.

Hong Kong-da etirazlara “Occupy Central” hərəkatı və tələbələr liderlik edirlər.

Pekindəki BBC müxbiri Celia Hatton Çində həssas hadisələr zamanı internet yasaqlarının adi olduğunu bildirsə də, İnstagram qadağasının Pekinin Hong Kong aksiyasından qorxularını göstərdiyini bildirib.

Alternativ üsul kimi 100 min tələbə Bluetooth dəstəkli mesajlaşma xidməti Firechat-ı yükləyib.

Bu proqram internet bağlantısı olmadan istifadəçilərin 2-10 min nəfərlik qrup söhbətinə qatılmağına imkan verir. Proqramı işlədən hər kəs tərəfindən müzakirələr görünür.

XS
SM
MD
LG