Keçid linkləri

Təcili xəbərlər

Forumlar gəldi-gedər, humanizm isə əbədidir...


Rəşid Şerifin karikaturası.
Rəşid Şerifin karikaturası.

-

Gözlə

No media source currently available

0:00 0:04:34 0:00
Direct-ə keçid

BİR DAHA İNTİBAH DÖVRÜNÜ XATIRLAYARKƏN...

Tarixin elə dövrləri olub ki, onlar bəşəriyyətin yaddaşında əbədi izlər buraxıblar. Bu mənada İntibah çox xarakterikdir. Bəlkə də ondan da əvvəl humanizm və insanpərvərlik bir dəyər kimi mövcud olub. Amma onların təntənəsi daha çox İntibahla bağlıdır.

Qərbdə İntibahla bağlı bir yəqinlik var. Belə hesab edilir ki, ilk dəfə orta əsrlər Avropasında elm və incəsənət böyük sıçrayış edərək insanların diqqətini əbədi problemlərə - azadlığa, ədalətə və humanizmə yönəltdi...

Şərq isə bir qədər başqa məsələdir. Burada da inkişaf, tərəqqi oub, amma o bir qədər əvvəldə qeyd etdiyimiz Avropada olduğu kimi sinxronluq təşkil etməyib: sərhədlər mütəhərrik olub, inkişaf fasilələrlə bu və ya başqa sülalənin yaratdığı imperiyalarda müşahidə edilib...

Lap əslində qədim Yunanıstanda insanlar artıq bir çox məsələlərə işıq salmışdılar. Ona görə də orta əsr Avropasında bizim diqqətimizi cəlb edən daha çox humanizm olub. Şərqdə, xüsusən də Azərbaycanda bu humanizmin izlərini müxtəlif siyasi-dini cərəyanlarda tapmaq mümkündür - xürrəmilər və hürufilər müəyyən məsələlərdə hətta Avropanı da qabaqlamışdılar...

Ona görə də indi daha çox sintezdən danışırlar- ağıllı insanlar Qərbin və Şərqin təcrübəsində dəyərli nəsə varsa hamısını bir yerə toplamağa çalışırlar...

BAKIDA HUMANİTAR FORUM FƏALİYYƏTDƏDİR...

Düşünürdük ki, bu günlərdə işə başlayan 4-cü Beynəlxalq Humanitar Forum da bu missiyaya xidmət edəcək.

İndi elə bir dövrdür ki, hər bir dövlətin pasportu orada insan haqlarının və demokratiyanın vəziyyəti olmalıdır. Qlobal humanitar problemləri müzakirəyə çıxarmağa toplaşmış insanlar da ilk öncə bu pasporta baxmalıdır...

Düzdür, bunun əksini fərz etmək üçün əlimizdə elə bir dəlil yoxdur. Amma bu Forum harada keçirilir? Orada “musiqi”ni kim sifariş edir?..

Bütün bunları düşünəndə pessimizmə yuvarlanmaqdan başqa çarə qalmır. İndi elə bir dövrdür ki, hər bir dövlətin pasportu orada insan haqlarının və demokratiyanın vəziyyəti olmalıdır. Qlobal humanitar problemləri müzakirəyə çıxarmağa toplaşmış insanlar da ilk öncə bu pasporta baxmalıdır...

Artıq bir dəfə qeyd etmişdik ki, Azərbaycanda siyasi və ictimai təzyiqlərin pik dövrü ölkənin Avropa Şurasının nazirlər komitəsinə başçılıq etdiyi dövrə təsadüf etdi. Bu, bəlkə də son illərin ən böyük absursudur.

O mənada yox ki, əvvəllər bu ölkədə hər şey qaydasında olurdu. Yox, belə deyildi. Burada həmişə, daha doğrusu, son 21 ildə ictimaiyyət və siyasət fəallarını təqib etmək adi bir hal olub. Məsələnin absurd tərəfi isə budur ki, Avropada da mötəbər qurumları kimə həvalə etdiklərinin fərqində deyillər...

“Humanitar” sözü də bizim üçün “humanizm” sözü ilə assosiasiya yaradır və güman edirdik ki, belə forumlarda bəşəriyyətin son illərdə bu istiqamətdə nələrə nail olduğu ciddi şəkildə müzakirə mövzusu olmalıdır...

Amma əvvəlki forumların təcrübəsindən bir nəticə hasil etmişik - bu tədbirə toplaşanlar daha çox bir-iki günlüyə istirahət etmək və necə deyərlər, azcacıq da olsa, “havalarını dəyişmək” üçün foruma qatılırlar.

PRİNSİPSİZLİYƏ BƏRAƏT VARMI?

Təbii ki, bu, yalnız təəssüf doğura bilərdi. Bilirsiniz, prinsipsizliyə heç bir halda bəraət yoxdur- adamın müəyyən həyat prinsipləri olmalıdır. Amma yenə də bir qədər güzəştə gedəndə bəzi insanların, xüsusən də bəzi azərbycanlıların hakimiyyətə yarınmasını haradasa başa düşmək olar - onlar uşaqlarının, nəvələrinin və köticələrinin “problem”lərini həll etməklə məşğuldurlar...

Azərbaycanda siyasi və ictimai təzyiqlərin pik dövrü ölkənin Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq etdiyi dövrə təsadüf oldu. Bu, bəlkə də son illərin ən böyük absursudur. Məsələnin absurd tərəfi budur ki, Avropada da mötəbər qurumları kimə həvalə etdiklərinin fərqində deyillər...

Amma bir də görürsən ki, sənin bu vaxta qədər canlı əfsanə saydığın bir adam başlayır elə bəlagətli təriflər yağdırmağa ki, adam məəttəl qalır.

Bakıda onlara nə deyirlər? “Azərbaycan tolerant ölkədir, burada dini və etnik zəmində qarşıdurma yoxdur!”.

Nə olsun? Məgər bu, hər şey deməkdirmi? Üstəlik, bunu heç bir halda indiki hakimiyyətin uğuru kimi təqdim etmək olmaz, ona görə ki belə bir vəzyyət daha çox azərbaycanlıların çoxəsrlik ənənələrilə bağlıdır...

Əslində bu və ya başqa qədər ektremizm hər yerdə var. Dünyanın elə ölkəsini tapmaq olmaz ki, orada azacıq da olsa, ekstremizm olmasın. Bir-iki il bundan əvvəl Norveçdə bir ekstremist bir dəfəyə onlarla adamı qətlə yetirmişdi...

İndi nə edək? Duraq deyək ki, Norveç tolerant ölkə deyil? Yox, məsələ heç də bunda deyil. Bir az əvvəldə yazdıq ki, hər bir ölkənin pasportu orada demokratiyanın və insan haqlarının vəziyyəti olmalıdır. Ona görə də məhz elə bu detala diqqət yetirməyə ehtiyac var...

İndi hər yerdə hər şeyə mədəniyyət konteksindən baxırlar. Siyasət də, elə ictimai quruluş da mədəniyyətin bir hissəsi hesab edilir- “siyasi mədəniyyət” ifadəsi boş yerdən yaranmayıb ki!..

Ona görə də belə Foruma toplaşanlar bəzi məsələlərin fərqində olmalı idilər. Ən azı ona görə ki, bir çox şeyləri, bəlkə də ən böyük idealları biz məhz elə bu adamların yazdıqlarından, dediklərindən və göstərdiklərindən öyrənmişik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG