Keçid linkləri

Kimya üzrə Nobel nanozərrəciklər səviyyəsində mikroskopiya işlərinə verildi


Qaliblər elan olunur

Qaliblər elan olunur

-

Kimya üzrə 2014-cü il Nobel mükafatı ABŞ alimləri Eric Betzig, William Moerner və Almaniya alimi Stefan Hellə verildi.

Bu alimlər super dəqiqlikli fluoressens mikroskopiyanın inkişafındakı işlərinə görə bu mükafata layiq görülüblər.

İsveç Kral Elmlər Akademiyası bildirir ki, “bu 3 alimin işləri mikroskopiyanı nano zərrəciklər səviyyəsinə gətirdi.”

“Onlar fluoressens molekulların köməyi ilə mövcud dəqiqlik həddini keçdilər. Onlar işıq mikroskopiyasını nano zərrəcik ölçülərinə gətirdi”.

Fluoressens mikroskopiya üzvi və qeyri-üzvü maddələrin strukturunun şəklini fluoressensiya, işıqlanma ilə çəkməkdir. Bu üsul tibbdə, ərzaq sənayesində mikrokimyəvi analiz zamanı geniş istifadə olunur.

1873-cü ildə mikroskopist Ernst Abbenin nəzəriyyəsinə görə, fizika qanunları ( işığın dalğa uzunluğu, difraksiya) şəklin 200 nanometrdən ( metrin 5 milyonda 1-dən) dəqiq ola bilməsinə imkan vermir.

Burdan çıxan nəticə isə o idi ki, hüceyrənin daxilinin heç vaxt dəqiq şəkilini çəkmək mümkün olmaycaq. Alimlər heç vaxt hüceyrənin necə işlədiyi, bölündüyü, xəstələndiyini dəqiq görə bilməyəcəklər.

Nobel Komitəsinin üzvü Gustafson deyib ki, bu ilki Nobel mükafatı qalibləri alimlərin çoxunun qeyri-mümkün hesab etdiyini reallaşdırdı.

Hazırda onların işləri sayəsində canlı hüceyrənin içində molekulların hərəkətini izləmək mümkündür. Molekulların beyinlə əsəb hüceyrələri arasında necə əlaqə yaratdığı izləmək olur. Bu da bir çox xəstəliklərin (Parkinson, Alzheimer və s.) müalicəsində istifadə oluna bilər.

XS
SM
MD
LG