Keçid linkləri

Dünyada nano-texnologiyaların, Azərbaycanda üzərriyin fiziki-kimyəvi xassələri araşdırılır


Alfred Nobel (21 oktyabr 1833-10 dekabr 1896). İsveçli kimyaçı, mühəndis, innovator silah istehsalçısı. Hazırda Nobel Mükafatı onun sərvəti hesabına verilir.

Alfred Nobel (21 oktyabr 1833-10 dekabr 1896). İsveçli kimyaçı, mühəndis, innovator silah istehsalçısı. Hazırda Nobel Mükafatı onun sərvəti hesabına verilir.

-

ADINIZIN ƏBƏDİLƏŞMƏSİNİ İSTƏYİRSİNİZMİ?

Hər il Nobel mükafatı təqdim olunmağa başlayanda adama elə gəlir ki, bəşəriyyət irəliyə doğru daha bir addım atır. Ona görə ki, Nobel Mükafatı bir növ böyük kəşflərin təsdiqi, hamı tərəfindən etiraf və qəbul olunmasıdır...

Bu vaxta qədər Nobel Komitəsi cəmi bir dəfə səhv edib - belə ki, Mükafat alan elmi kəşflərdən biri elmin sonrakı inkifafı nəticəsində rədd edilib, kəşfin yanlış olduğu bəlli olub. Digər hallarda isə buna təsadüf olunmayıb...

Biz Nobel Mükafatının həmişə elmi tərəfindən söhbət açırıq. Bu da təbiidir, o səbəbdən ki, Nobel Komitəsinin qərarından sonra biz də özümüz üçün yeni ədiblərin və alimlərin adlarını kəşf edirik...

Amma bu prosesin başqa tərəfi də var. Ona görə də təsadüfən bu yazını oxuyacaq (hərçənd buna heç inanmırıq) iş adamlarına bəri başdan bir sual və bir ismarış ünvanlamaq istərdik. Siz adınızın əbədiləşməsini istəyirsinizmi?

Bilirsiniz, adama qalan bu dünyada qoyub getdiyi addır - son anda bu dünyadan heç kim özü ilə heç nə aparmır...

Nobel əgər bu mükafatı təsis etməsəydi, ola bilsin, tarixdə epizodik olaraq anılacaqdı. Amma indi hər il yüzlərlə adam bu adın təntənsinə toplaşır. Özü də indi dünyada tək Nobel Mükafatı məşhur deyil. Çoxlu sayda digər mükafatlar da təsis olunub.

Hər bir varlı adam, iş adamı adını bu formada əbədiləşdirə bilər. Yetər ki, bu işi səlahiyyətli bir qrupa həvalə etsin. Maraq üçün deyək ki, hətta Ermənistanda da akademik Victor Ambartsumyanın adına iki ildən bir təqdim olunan beynəlxalq mükafat təsis edilib.

Üstəlik, rusiyalı milyardçılar da tədricən özlərini bu sferada sınamaq istəyirlər. Ötən il onlardan biri fundamental fizika sahəsində beynəlxalq mükafat təsis etmişdi.

Amma bu işin bir incəliyi də var - belə təşəbbüslər ardıcıl olmalıdır ki, epizodik xarakter daşımasın, bir növ, oturuşa bilsin. Həvəsə düşən və şöhrət axtaran çox olur. Amma çox az mükafat da öz təsdiqini tapır...

MÜSƏLMAN DÜNYASINDA NOBEL MÜKAFATI NİYƏ AZDIR?

Bu, məsələnin bir tərəfidir. Digər tərəfi odur ki, bu vaxta qədər yalnız iki müsəlman alimi - pakistanlı fizik və misirli kimyaçı Nobel Mükafatına layiq görülüb.

Deyilənə görə, ərəb xəlifələrindən biri İsgəndəriyyə kitabxanasını yandırmaq əmrini verərkən deyibmiş ki, əgər orada yazılanlar "Quran"da varsa, onda onlara ehtiyac yoxdur, əgər orada yazılanlar "Quran"da yoxdursa, onlara, ümumiyyətlə, ehtiyac yoxdur...

Amma 113 il ərzində bu, olduqca azdır desək, yəqin ki, bir o qədər də ifrata varmarıq...

Bəzən bu faktın “şit”, bayağı izahlarına təsadüf edirsən. Amma onların heç biri normal məntiq qarşısında duruş gətirmir. Bu faktın əslində bir izahı var və onu da açıq demək lazımdır: təəssüf ki, müsəlman ölkələrində elmə yetərincə diqqət ayırmırlar...

Deyilənə görə, ərəb xəlifələrindən biri İsgəndəriyyə kitabxanasını yandırmaq əmrini verərkən deyibmiş ki, əgər orada yazılanlar "Quran"da varsa, onda onlara ehtiyac yoxdur, əgər orada yazılanlar "Quran"da yoxdursa, onlara, ümumiyyətlə, ehtiyac yoxdur...

Təbii ki, bu, yüz illər bundan əvvəl olub. Amma münasibət çox az dəyişib. Varlı müsəlman ölkələri varmı? Var. Bəs onda problem nədədir? Ondadır ki, elmə ehtiyac görmürlər, fikirləşirlər ki, neft-qaz əbədi olacaq...

ÜZƏRRİYİN QEYRİ-ADİ XÜSUSİYYƏTLƏRİ...

Bəzi ölkələrdə elmin rüşeymləri var. Azərbaycan da belələrindəndir. Amma o, hansı gündədir? Azərbaycalı alimlər arasında hətta NATO-nun elmi qrantlarını alanlar var.

Nobel Mükafatlarını alanların adlarının açıqlandığı gün bəlkə də bəşəriyyətin ulduz saatıdır. Bu günlərdə hamımız bir boy ucalırıq və bəşəriyyətə aid olmağımızdan qürur duyuruq...

Amma ümumi fon çox bərbaddır. Bu yaxınlarda tele-şouların birində bir akademik və bir professor üzərriyin fövqəlgücü haqqındakı “mülahizə”lərini zorla bir psixoloqa sırımağa, ona təlqin etməyə və tamaşaçıları inandırmağa çalışırdılar ki, üzərrikdə qeyri-adi qabiliyyət var...

Bu kadrlara baxanda, doğrusu, bir qədər utanc hissi keçirdim. Amma bunun özü də bir dərs idi. Bəlkə bundan sonra azərbaycanlı jurnalistlərin Bakı neftinin sayəsində varlanmış Nobelin adına təsis olunan Mükafatdan niyə birini bizim azərbaycanlı alimlərə verilmədiyi haqda gileylərini az eşidərik...

Amma bütövlükdə isə Nobel Mükafatlarını alanların adlarının açıqlandığı gün bəlkə də bəşəriyyətin ulduz saatıdır. Bu günlərdə hamımız bir boy ucalırıq və özümüzün bəşəriyyətə aid olmağımızdan qürur duyuruq...

Amma hər millət özünə bir sual da verməlidir: biz bəşəriyyət üçün nə etmişik? Bəşəriyyətin elm və bilik xəzinəsini nə qədər zənginləşdirmişik?

Yoxsa bəşəriyyətin nano-texnologiyaların sirlərinə vaqif olmağa çalışdığı bir vaxtda müsəlmanların alnına hələ uzun müddət üzərriyin “fiziki- kimyəvi xassələr”ini araşdırmaq yazılıb?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG