Keçid linkləri

Təcili xəbərlər

Qarabağ üçün böyük siyasi saziş baş tutacaqmi?


Azərbaycan-Ermənistan: 20 illik qarşıdurmanın 2 dəqiqəlik izahı (İnfoqrafika). İNFOQRAFİKANI GÖRMƏK ÜÇÜN ŞƏKLİ VUR.

-

Gözlə

No media source currently available

0:00 0:03:58 0:00
Direct-ə keçid

ƏGƏR NAZİR DEYİRSƏ...

Qarabağ problemi konteksində “böyük siyasi saziş” ifadəsinə ilk dəfə düz 20 il bundan əvvəl - atəşkəs haqqında razılaşma əldə edilərkən səslənmişdi.
Hələ o vaxt da deyilirdi ki, atəşkəs haqqında razılaşmadan sonra münaqişənin siyasi həlli axtarılacaq və böyük bir sülh sazişi imzalanacaq...

Amma o vaxt bu, mümkün olmadı. Sonrakı illərdə də problemin həlli üçün bir neçə variant təklif edilsə də, bu cəhdlər də yekun nəticəyə - böyük siyasi sazişə gətirib çıxara bilmədi...

Amma bu günlərdə, Minsk Qrupunun həmsədrləri Bakıda olarkən, Azərbaycanın xarici işlər naziri bir neçə səsləndirdiyi fikri bir daha söylədi ki, Bakı böyük siyasi sazişin üzərində işə başlamağa hazırdır.

Bunu necə başa düşmək olar? İzahı budur ki, görünür, prinsipial məsələlərlə bağlı artıq razılaşma var. Amma burada proses belə gedir: Minsk Qrupu təklif hazırlayır və onu hər iki tərəfə təqdim edir.

Təbii ki, təklif hər iki tərəfdən qəbul ediləndən sonra problemin siyasi həllinə yol açılır. İndilikdə isə demək olar hələ ki, bir tərəfin - Azərbaycanın razılığı var. O ki qaldı Ermənistana, yəqin ki, hər şey Minsk Qrupunun həmsədrlərinin bu ölkədən gətirdiyi xəbərdən asılı olacaq.

ERMƏNİSTAN MÜXALİFƏTİ VAXTI DÜZMÜ SEÇİB?

Amma Ermənistanda vəziyyət çox mürəkkəbdir. Müxalifət oktyabrın 24-ə böyük bir mitinq təyin edib.

Ermənistan müxalifəti Azərbaycan müxalifətini həm də informasiyaya görə üstələyir. Bu, həmişə belə olub. Əksər hallarda Azərbaycan cəmiyyəti Qarabağ danışıqlarının detallarını Ermənistanda nəsə baş verəndən sonra öyrənib...

Azərbaycan və Ermənistan prezidentləri də Fransa prezidentinin vasitəşiliyilə bu ayın sonuna qədər görüşməlidirlər.

Belə bir mühüm məqamda Ermənistan müxalifəti belə hesab edir ki, hakimiyyəti dəyişmək üçün indi ən əlverişli vaxtdır.

Ermənistanda adətən iş elə olub ki, tərəflər Rusiyanın vasitəçiliyi olmadan sülh anına yaxınlaşanda ölkə daxilində vəziyyət qarşır - diqqətli oxucu yəqin ki, ən azı 90-cı illərdə bu ölkədə parlamentin gülləbaran edilməsini xatırlayır...

İndi də istisna deyil ki, Ermənistan müxalifəti bu dəfə də “enerjisini” Rusiyadan alır. Ona görə ki, müxalifətçilər Avrasiya İttifaqı əleyhinə şüarlar səsləndirsələr də “Qarabağ əldən gedib!” deməyi də unutmurlar...

QARA KVADRAT...

Azərbaycana gəldikdə isə bu ölkədə yalnız ehtimallar və heç bir dəlilə söykənməyən mülahizələr baş alıb gedir. Onların spektri çox genişdir - burada 7 rayonun azad olunması müqabilində Avrasiya İttifaqına daxil olmaqdan tutmuş Dağlıq Qarabağ problemilə bağlı hansısa məxfi razılaşma haqqında fikirlərə təsadüf etmək olur...

Kazimir Malevich-in "Qara kvadrat" əsəri" rəsmi Sankt-Peterburqda muzeydə sərgilənir. 4 dekabr 2013
Kazimir Malevich-in "Qara kvadrat" əsəri" rəsmi Sankt-Peterburqda muzeydə sərgilənir. 4 dekabr 2013

Amma əsl reallığı heç kim bilmir. Ona görə ki, hakimiyyət cəmiyyəti məlumatlandırmağı vacib hesab etmir, cəmiyyətdən yalnız öz hakimiyyətinə inanmaq və bir də itaət etmək tələb olunur...

Amma bir səhər eşidirsən ki, Rusiyanın hərbi gəmiləri Bakı buxtasındadır. Onlar burada nə edir? Onları bura kim və hansı məqsədlə çağırıb? Bu haqda yalnız ehtimallar səsləndirmək olar - Rusiyanın müdafiə naziri Bakıda olarkən deyildi ki, iki ölkə hərbi dənizçilik sahəsində əməkdaşlığı artıracaq...

Nə demək olar? Təbii ki, yalnız inanmaq qalır. Həm də eyni sözləri Qarabağ problemi haqqında demək olar. Bu mövzu da məşhur rəssamın rəsmini - “qara kvadrat”ı xatırladır...

KİM DAHA ÇOX MƏLUMATLIDIR?

Məlum olur ki, Ermənistan müxalifəti Azərbaycan müxalifətini təkcə kəmiyyətə görə deyil, həm də informasiyaya görə üstələyir.

Ermənistan müxalifəti Azərbaycan müxalifətini həm də informasiyaya görə üstələyir. Bu, həmişə belə olub. Əksər hallarda Azərbaycan cəmiyyəti Qarabağ danışıqlarının detallarını Ermənistanda nəsə baş verəndən sonra öyrənib...

Bu, həmişə belə olub. Əksər hallarda Azərbaycan cəmiyyəti Qarabağ danışıqlarının detallarını Ermənistanda nəsə baş verəndən sonra öyrənib...

Bu da, görünür, onun nəticəsidir ki, Ermənistanda siyasi sistem daha mülayimdir. Hər halda orada 90 %-lik seçki nəticələrinə təsadüf edilmir və bu amilin özü müəyyən göstərici kimi qəbul edilə bilər...

Azərbaycanın siyasi sistemində isə heç nəzəri olaraq da müxalif fikir üçün yer nəzərdə tutulmur. 1994-cü ildə atəşkəs razılaşmasına etiraz edənlər tapıldı. Hətta o vaxt bu etirazlara qatılmış iki müxalifət deputatı mandatdan da məhrum edildi.

İndi isə ölkədə Dağlıq Qarabağ konteksində etiraz və ya həmrəylik aksiyası təşkil etməyə qadir olan bir siyasi qüvvə var - o da hakimiyyətin özüdür...
Böyük hesabla 20 il bundan əvvəllə müqayisədə dəyişən də elə budur...

Qalan hər şey elə əvvəlki kimidir - lap Qarabağın yiyəsiz qalmış evləri kimi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG