Keçid linkləri

-

2013-cü ildə Steve Jobs haqqında çəkilən film o qədər də bəyənilməmiş və tənqid hədəfinə tuş gəlmişdi. Apple-ın qurucularından Steve Wozniak hesab edir ki, film gerçəkləri əks etdirmir. Steve Jobs-u yaxından tanıyan bir çox şəxslər də filmi tənqid atəşinə tutmuşdu.

Bu dəfə amerikan yazıçısı Walter Isaacson-un yazdığı bioqrafiya əsasında film çəkiləcək. Bir çoxları hesab edir ki, bu kitab daha gerçək və Steve Jobs-un həyatını detallarıyla əks etdirir. Bunun əsas səbəbi müəllifin biqorafiyanı yaratmaq üçün Steve Jobs-un yanında olması və bütün hekayələri onun özündən dinləməsidir. Rejissorluğunu «Oscar» mükafatçısı Danny Boyle-nin edəcəyi filmin ssenaristi isə «The Social Network» («Sosial şəbəkə») filmiylə ən yaxşı ssenari naminasiyasında «Oscar qazanan» Aaron Sorkin olacaq.

Filmdə Steve Jobs rolunu «Batman» filmindən tanıdığımız «Oscar» mükafatçısı Christian Bale oynayacaq. Dünyada böyük pərəstişkarları olan aktyorun bu rolu necə canlandıracağı maraqla gözlənilir.

XS
SM
MD
LG