Keçid linkləri

-

HƏR ŞEY SADƏ OLSA DA...

Bəlkə də hər şey daha sadədi. Bəlkə də cəmiyyət ona görə kriminallaşmış görünür ki, əvvəllər kriminal xəbərlər və mövzular mediada bu qədər yer tutmur, bəzən də siyasi sistemin qüsurlarını faş etməmək üçün onların həcmi şüurlu şəkildə azaldılırdı...

İndisə başqa dövrdür. Hakimiyyət üçün daha önəmli siyasi məzmunlu, siyasi təsiri olan məsələlərin cəmiyyətə çatdırılmamasıdır.

Digər qalan məsələlərdə isə elə bir maneə yoxdur, əksinə hakimiyyət maraqlıdır ki, daha çox kiçik məsələlər, məişət mövzulu problemlər önə çıxsın ki, heç kim böyük tələblər və iddialar haqqında düşünməsin...

Amma kriminal mövzular bütün hallarda siyasi olmasa da, böyük sosial nəticələrə gətirib çıxaran məsələdir. İnsanlar niyə qəddarlaşıb? Niyə insanlarda zorakılığa meyl əvvəki dövrlərə nisbətən belə artıb? Bu suallara və problemlərə cavab vermək o qədər də asan deyil...

CƏMİYYƏTİ SOSİOLOQLAR ÖYRƏNMƏLİDİR, AMMA...

İnsan orqanizimindəki patologiyaları öyrənmək üçün təbabət var, amma Azərbaycanakı sosial patologiyaları öyrənmək üçün ölkədə ciddi sosiologiya məktəbi yoxdur. Problemlərin bir hissəsi də bundan yaranır, cəmiyyətdə sosial profilaktika işləri aparılmır...

...insanlar kapitalizmin sərvətlərindən, texnikasından gen-bol yararlanırlar. Amma təsəvvür baxımından feaodalizm insanları olaraq qalırlar, elə düşünür ki, cəmiyyətin onlara verdiyi qiymət yalnız atavizmə çevrilmiş feodal-patriarxal ənənələrə sadiqliklə müəyyən edilir...

Jurnalistlərə də elə gəlir ki, onlar maarifçiliklə məşğul olsalar, problemlər çözüləcək.

Amma belə deyil. Dövlətin sosial missiyasını hələ heç kim ləğv etməyib. Və dövlət adamları heç də bəzi xarici filmlərdə göstərildiyi kimi cinayət yerinə ən axırıncı olaraq yetişməməlidirlər...

Kinolara gəldikdə isə onlar insanların özünə daha çox önəm vermək, insanı mübarizəyə alışdırmaq missiyasını daşıyır...

Kriminal haqqında süjetlərə baxanda dərhal bir detal nəzərə çarpır. Bunların çox böyük hissəsi ailə-məişət müstəvisində baş verir...

MENTALİTET ƏSRƏ UYĞUN OLMAYANDA...

Əvvəlcə onu deyək ki, 21-ci əsrdə sosial münaqişələrin əsrə uyğun çözümü olmalıdır. Avropada insanlar biri-birinə deyir ki, biz sonsuzluğa qədər mübahisə də edə bilərik, bundansa gəl, məhkəməyə müraciət edək...

İndi çox az adamı zorla, özü istəmədən ailə qurmağa məcbur edirlər. İnsanlar bu ittifaqı əsasən könüllü olaraq yaradır. Ona görə də ailə münaqişələrinin də əsrin ritminə və məzmununa uyğun çözümü olmalıdır...

Amma postsovet ölkələrində həm sovet keçmişinin təsiri kimi, həm də məhkəmələrin indiki vəziyyəti ucbatından onlara inam çox azdır - insanlar məhkəmələrə inanmır, dövlət strukturlarına az etibar edir və problemlərinin həllini onlardan kənarda axtarırlar...

Tarixi təcrübə göstərir ki, insanlar çox ləng dəyişir. Əvvəldə kriminal hadislərin daha çox ailə-məişət müstəvisində baş verdiyini qeyd etdik. Amma ailə nədir? Ailə bir sosial ittifaqdır, sosial özəkdir...

İndi çox az adamı zorla, özü istəmədən ailə qurmağa məcbur edirlər. İnsanlar bu ittifaqı əsasən könüllü olaraq yaradır. Ona görə də ailə münaqişələrinin də əsrin ritminə və məzmununa uyğun çözümü olmalıdır...

ZAHİRƏN AVROPALI KİMİ GÖRÜNSƏLƏR DƏ...

O zəmində ki, Azərbaycanda ölüm hadisləri, kriminal olaylar baş verir, mədəni insan prizmasından bu, bir az qeyri-ciddi görünür. Ən qəribəsi nədir?

İnsanlar çox dəbdəbəli toylar edir, bahalı maşınlarda gəlin gətirir, toyda Avropa rəqsləri, hətta tanqo oynayırlar, bəylə gəlini bir yerdə əyləşdirirlər. Başlanğıcda hər şey Avropa qaydalarına, müasir dəbə uyğun baş verir. Amma elə ki, toy bitir, feodalizm dövrü başlayır. Sanki bu gənclər heç həmin müasir gənclər deyilmişlər...

Qeyd etdik ki, problemlər daha çox feodal-patriarxal ənənələrdən doğur. Əslində 21-ci əsrdə buna yer olmamalıdır. İki insan bir yerdə yaşamırsa, ailə ola bilmirsə, onların biri-birinə qəsd etməsinin, hətta biri-birini öldürməsinin nə mənası var?..

Avropa rəqsləri oynanır, bəylə gəlin bir masada əyləşir... Başlanğıcda hər şey Avropa qaydalarına, müasir dəbə uyğun baş verir. Amma elə ki, toy bitir, feodalizm dövrü başlayır. Sanki bunla heç həmin müasir gənclər deyilmişlər...

Onlar çox sakitcə ayrıla da bilər və öz problemlərini mədəni qaydada da həll edərlər.

Ən dəhşətlisi odur ki, ailə qətllərində uşaqlara da aman vermirlər. Bu, son illərin ən dəhşətli məqamlarından biridir... Əvvəl belə qətllər ictimailəşdirilmirdi, çünki bu, sovet insanı haqqındakı təsəvvürlərə və sovet insanının əxlaq kodeksinə zidd idi.

İndi bu maneələr yoxdur. Hər şey açıq və aşkar şəkildə deyilir. Hətta adam təəccüb qalır ki, doğrudanmı biz cəmiyyətdə belə insanlarla çiyin-çiyinə yaşayırıq?

Bəzən deyirlər ki, cəmiyyətlər, insanlar həmişə belə olub. Amma məsələn, Qərbdə bir yerdə yaşamaq istəməyən iki insanın biri-birinə qəsd edəcəyinə inanmaq çətindir...

SOVETLƏR FEODAL ÖLKƏLƏRƏ NİYƏ MARAQ GÖSTƏRİRDİ?

Belə hal olmur və yaxud da çox az olur. Əvvəlllər bizə bir detal çox maraqlı görünürdü: sovet rejimi kapitalizm mərhələsini keçməmiş, Əfqanıstan kimi feaodal ölkələrə daha çox maraq göstərirdi. Amma bu, təsadüfi deyildi. Belə ölkələrə “Asiya sosializmi”ni sırımaq daha asan idi...

İndi də baxıb görürsən ki, bir çox ölkələrdə böyük təzad hökm sürür: insanlar kapitalizmin sərvətlərindən, texnikasından gen-bol yararlanırlar. Amma təsəvvür baxımından feaodalizm insanları olaraq qalır, düşünürlər ki, cəmiyyətin onlara verdiyi qiymət yalnız atavizmə çevrilmiş feodal-patriarxal ənənələrə sadiqliklə müəyyən edilir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG