Keçid linkləri

Təcili xəbərlər

«Microsoft»dan ağıllı qolbaq-Microsoft Band


«Microsoft»dan ağıllı qolbaq
«Microsoft»dan ağıllı qolbaq

-

«Microsoft» şirkəti ilk ağıllı qolbağı - «Microsoft band»i təqdim edib.

Dünən axşam keçirdiyi mətbuat konfransında şirkətin tanıtdığı bu məhsul əsl sürpriz olub. 199 dollardan başlayan qiymətlə satılan qolbaqlar həm iOS, həm android, həm də Windows Phone əməliyyat sistemli telefonlarda dəstəklənir. Qolbaq vasitəsilə istifadəçilər ürək döyüntülərini ölçə bilərlər.

«Microsoft»dan ağıllı qolbaq
«Microsoft»dan ağıllı qolbaq

Bundan başqa, cihazın üzərində 10 fərqli sensor var. Şirkət tədricən bu sensorlarla müxtəlif ölçmə xidmətləri təqdim edəcək. Bu sensorlardan biri UV sensorudur. UV sensoru ilə cihaz günəş işığını ölçür və ultrabənövşəyi şüaları təsbit etdikdə istifadəçiyə xəbərdarlıq edir. İstifadəçi bu siqnalı aldıqda günəş şüaları altında qalmamalı olduğunu anlayır.

Cihazın bu özəlliyindən isə yalnız Windows Phone istifadəçiləri yararlana bilərlər.

XS
SM
MD
LG