Keçid linkləri

Təcili xəbərlər

Bələdiyyə institutu niyə baş tutmadı?


Arxiv fotosu.
Arxiv fotosu.

-

Gözlə

No media source currently available

0:00 0:04:09 0:00
Direct-ə keçid

MSK NƏDƏN NARAHATDIR?

Az vaxt qalmasına rəğmən bələdiyyə seçkilərilə bağlı cəmiyyətdə sanki fikirləşən yoxdur. İş hətta o yerə çatıb Mərkəzi Seçki Komissiyası (MSK) müxalifət partiyalarını bələdiyyə seçkilərində fəal olmağa çağırıb.

Amma elə MSK da bilməlidir ki, bələdiyyə seçkilərinə ümumi münasibət haradasa bütün seçkilərə münasibətə ən azı adekvatdır. Di gəl, o biri seçkilərdə heç olmasa, nəsə olur. Gələn il görünəcək ki, müxalifət parlament seçkilərinə elə hazırlaşır, elə bil bu ölkədə seçkilərin hansı üsullarla keçirilməsindən tamam xəbərsizdir...

Bir məsələ ilə hamı razılaşar ki, bələdiyyələrin bu ölkədə bəxti gətirmədi. Ona görə ki, ölkədə əsl yerli özünüidarəetmə islahatları aparılmadı, digər sahələrdə vəziyyət necədirsə, bələdiyyələrdə də elə qaldı...

Ona görə də bu gün hamı bələdiyyələrə Avropa Şurasının Azərbaycan sırıdığı yabançı qurumlar kimi baxır...

Amma görək parlamentarizm sahəsində vəziyyət necədir? Ölkədə həqiqətən də müstəqil, plüralist parlament varmı? Yoxdur.

Görək, ölkədə müstəqil məhkəmələr varmı? O da yoxdur. Ona görə də belə bir vəziyyətdə ölkədə həqiqi bələdiyyələrin olmaması da elə bir təəccüb dogurmamamlıdır...

BƏS, ƏNƏNƏLƏR NECƏ OLDU?..

Amma bələdiyyə məsələsi cəmiyyəti başqa aspektdən - şəhər idarəçiliyi ənənələrindən maraqlandırır. Məlumdur ki, kapitalizmə qədər qala-şəhərlər vardı.

Çoxları bələdiyyələrə Avropa Şurasının Azərbaycan sırıdığı yabançı qurumlar kimi baxır.

Amma ölkədə həqiqətən də müstəqil, plüralist parlament varmı? Yoxdur.

Görək, ölkədə müstəqil məhkəmələr varmı? O da yoxdur.

Ona görə həqiqi bələdiyyələrin olmaması da elə bir təəccüb dogurmamamlıdır...

Böyük dövlətlər məhz bu şəhərlərin birləşməsindən yaranmışdı. Yəqin bunu heç kim inkar etməz ki, idarəçiliyin ilkin formaları da məhz şəhərlərdə yaranmışdı. İlk munisipialitetlər, meriya institutları da məhz həmin bu ənənələrin əsasında formalaşmışdı...

Azərbaycanda da bir vaxt şəhər-dövlətlər mövcud olmuşdu. Bir növ idarəçiliyin ilk rüşeymləri olmalı idi. Düzdür, sovet rejimi bunu tamamilə ləğv edib təyinatlı strukturlar yaratdı. Amma formal da olsa, şəhər sovetləri vardı...
İndi də formal olaraq hər şey var, amma reallıqlda heç nə yoxdur, baxmayaraq ki, hamı islahatlardan danışır.

Halbuki bütün Avropada yerli idarəçilk subsidarlıq prinsipi üzərində qurulub.
Bunun məğzi də odur ki, yerlərdə həll oluna bilən bütün məsələlər yerlərin ixtiyarına verilir...

MER ADLANMAQ YAXŞIDIR, AMMA...

Ən maraqlısı odur ki, hamı icra başçılarını mer adlandırır. Amma Azərbaycanda əsl meriya, əsl mer institutu yoxdur. Deməli, bunların yalnız və yalnız adlar xoşlarına gəlir...

Demək olmaz ki, heç kim bələdiyyə üzvü olmaq istəmir. Yox, istəyənlər var.
Amma onlar şəhər və ya qəsəbə sakinlərinin deyil, hakimiyyətin qapısını döyürlər.

O səbəbdən ki, bu, seçkili orqanlara düşməyin ən real və ən optimal yoludur. Elə parlament seçkilərində də belə olur, çünki bu ölkədə çox şey təyinatlıdır.

Amma vəziyyət başqa cür də ola bilərdi... Elə olardı ki, şəhərlərdə mini-parlamentlər, bələdiyyə şuraları yaranardı. Onlar bir növ yerli hakimiyyətlərə-meriyalara opponentlik edərdilər. Amma olmadı...

KİM DAHA SƏRİŞTƏLİDİR?

Bir neçə il bundan əvvəl bəsit və mürəkkəb situasiyalar haqqında bir yazı yazmışdıq. Elə o vaxt qeyd etmişdik ki, əsl səriştə mürəkkəb situasiyaları idarə edərkən meydana çıxır.

Bələdiyyələrin formal bir qurum olması hakimiyyəti sakitləşdirmir, onlar hətta bu formal qurumlara belə seçkiləri saxtalaşdırırlar...

Onda demək olur ki, hakimiyyət həqiqətən də səriştəlidir. Yoxsa ölkəni avtoritar qaydalarla idarə etməyə nə var ki?

İndi Azərbaycanda hakimiyyət cəmiyyəti bütünlüklə özünə tabe edib. Bütün üfüqi münasibətlər şaquli idarəçilk nərdivanı ilə əvəzlənib.

Əgər bu, həqiqətən də səriştə adlanırsa, ölkələri demokratik üsullarla idarə edən hakimiyyətləri və daha çox üfüqi əlaqələrə və münasibətlərə üstünlük verənləri necə adlandırmaq lazım gəldiyini doğrusu, bilmirik. Yəqin onlara sadəcə, qəhrəmanlar demək lazım gələrdi...

HƏTTA İNDİKİ BƏLƏDİYYƏLƏRƏ ƏSL SEÇKİ KEÇİRİLMİR...

Başqa ölkələrdə bələdiyyə seçkiləri böyük önəm kəsb edir. Ümumilikdə isə iki halda bələdiyyə seçkisinə maraq azalır.

Bu, o halda olur ki, yerlərdən-bələdiyyələrdən heç nə asılı olmur, yaxud da ki, bütün seçkilər kimi bələdiyyə seçkiləri də saxtalaşdırılır.

Maraqlıdır ki, Azərbaycanda bu halların hər ikisi var. Bələdiyyələrin formal bir qurum olması hakimiyyəti sakitləşdirmir, onlar hətta bu formal qurumlara belə seçkiləri saxtalaşdırırlar...

Son nəticədə də ölkədə üzücü və darıxıdırıcı bir siyasi atmosfer yaranır-adamın bu ölkədə keçirdiyi illərə heyfi gəlir. Axı vətəndaş hüquqları deyilən bir anlayışlar da vardı-vətəndaş olmamaq bir dərdir, amma vətəndaş oluban bu hüquqlardan məhrum olmaq isə iki dərddir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG