Keçid linkləri

Təcili xəbərlər

Mobil cihazların qeydiyyatı pullu oldu


Mobil telefonların qeydiyyatı
Mobil telefonların qeydiyyatı

-

Noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişlidir.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Məlumata görə, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı- 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı-20 qəpik olacaq.

QEYDİYYAT NİYƏ PULLU OLUR?

Nazirlik bildirir ki, ödənişin tətbiqi Azərbaycana pərakəndə idxal olunan mobil cihazların davamlı olaraq artması və sistemin dəstəklənməsi üçün maliyyə vəsaitinin tələb olunması ilə bağlıdır.

Qeyd olunur ki, bu məbləğ xidmətin yüksək səviyyəsinin təmin olunmasına, sistemin istifadəsində məşğul işçilərin maaşlarının ödənilməsinə, telefon çarğı mərkəzinin fəaliyyətinə, proqram təminatının yenilənməsinə və gələcəkdə təkmilləşdirilməsinə sərf olunacaq.

Bundan başqa, artıq ölkəyə gətirilən mobil qurğular 24 saat ərzində qeydiyyatdan keçir. Mobil cihazların qeydiyyatını «www.imei.az», «www.e-gov.az» saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.

Poçt şöbəsində mobil qurğunun qeydiyyatı üçün ərizə artıq şəxsiyyət vəsiqəsində olan fərdi məlumatların elektron formatda oxunması ilə birbaşa hazırlanır. Əvvəl isə ərizə əllə doldurulurdu və bu da vətəndaşların 10-15 dəqiqə vaxtını alırdı.

Məlumatda qeyd olunur ki, yeni informasiya sisteminin tətbiqi nəticəsində artıq vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyyatı haqqında SMS bildirişini qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcəklər. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.

NAZİRLİK MOBİL CİHAZ SATANLARA XƏBƏRDARLIQ EDİR

Mobil cihazın qeydiyyatda olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə, www.imei.az saytı vasitəsi ilə və ya «1677» çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək mümkündür.

Nazirlik xəbərdarlıq edir ki, istehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində mobil cihazların «IMEI» nömrələrinin qeydiyyatda olması yoxlanacaq, qeydiyyatsız cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcək.

XS
SM
MD
LG