Keçid linkləri

İsrailli 2 hərbçi yalnız səs və jestlərlə idarə edilən smartphone yaradır


«Sesame» adlı smartphone

«Sesame» adlı smartphone

-

«İndiegogo» sosial sərmayələr saytında «Sesame» adlı smartphone layihəsi təqdim edilib.

Smartphone-u fərqləndirən xüsusiyyət onu yalnız səs və jestlərlə idarə etmək imkanıdır. Bu qurğu, müəyyən səbəblərdən əllərindən istifadə edə bilməyən istifadəçilər üçün nəzərdə tutulub.

«Sesame» – dəyişdirilmiş «Google Nexus 5»-dir, lakin burada istifadəçinin baş hərəkətlərinin tanınması üçün xüsusi proqram təminatı nəzərdə tutulub. Bu funksiya «Open Sesame» səsli əmrindən sonra işləməyə başlayır və smartphone-nun əsas kamerasını işə salır. Cihazı həmçinin səslə də idarə etmək mümkündür.

Qeyri-adi ağıllı telefonun tərtibatçıları İsrailli iki hərbçidir. Onlardan biri hərbi əməliyyatlarda iflic vəziyyətinə düşüb. Digər hərbçi isə öncə yalnız jestlərlə idarə edilən oyunlar yaradıb. Buna görə də «Sesame» hətta oyun oynamağa imkan verir.

Smartphone-un istehsalı üçün 30 min dollar həcmində vəsait lazımdır. Hazırda «Indiegogo» sosial sərmayələr platformasında vəsaitin toplanması üçün kampaniya keçirilir. Bu məbləğin 12 min 325 dolları artıq toplanıb.

Cihazın gələn ilin mart ayında bazara çıxarılacağı ehtimal edilir.

Bununla belə, smartphone-u öncədən 350 dollara sifariş etmək olar.

Şərhləri göstər

XS
SM
MD
LG