Keçid linkləri

İçki həvəskarları üçün sosial şəbəkə yaradılıb


İçki həvəskarları üçün «Swig» adlı sosial şəbəkə

İçki həvəskarları üçün «Swig» adlı sosial şəbəkə

-

Spirtli içki həvəskarları üçün sosial şəbəkə yaradılıb.

Bu barədə «CNET» yazır.

«Swig» adlı sosial şəbəkənin mobil prqoramı iOS və Android istifadəçiləri üçün dəstəklənir. Sosial şəbəkənin məqsədi dünyanın hər yerində olan spirtli içki həvəskarlarını birləşdirmək, bir-birləri ilə əlaqəni asanlaşdırmaqdır.

Proqramın yaradıcıları layihəni Facebook və İnstagram-ın alternativi kimi göstərirlər. Fərq ondadır ki, bu xüsusi bir qrupa ünvanlanıb: içki həvəskarlarına.

Swig-də istifadəçilər özlərinin sevimli içən dostlarını, barmenləri izləyə bilər, onlarla təcrübələrini bölüşə, bəyənə bilər. Onlar sözlərdən və fotolardan istifadə edə bilərlər.

Proqramın bazasında 70-ə yaxın şərab, pivə və digər spirtli içkilər barədə məlumat yerləşdirilib.

XS
SM
MD
LG