Keçid linkləri

Təcili xəbərlər

Qarabağ: Hərbi ritorika yenə də diplomatiyanı üstələdimi?


Ermənistan prezidenti Qarabağda
Ermənistan prezidenti Qarabağda

-

Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
Direct-ə keçid

FRANSANIN VASİTƏÇİLİYİ KİMİ DİLXOR EDİRDİ?

Onsuz da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü təxminən bir ildən sonraya planlaşdırılırdı. Əgər bəyanatlara inansaq tərəflər bu müddət ərzində böyük siyasi sazişə münasibətlərini cilalamalı və onun üzərində iş aparmalı idilər.

Xüsusi canfəşanlıq edən Rusiya mətbuatına inansaq tərəflərin bu son vaxtlarda əldə etdikləri razılaşmaların üstündən xətt çəkmək olar...

Amma indi tamam başqa bəyanatlar səslənir. Azərbaycan səmasında vurulmuş Ermənistan helikopteri təkcə hərbi güvənc yeri olmadı. Xüsusi canfəşanlıq edən Rusiya mətbuatına inansaq tərəflərin bu son vaxtlarda əldə etdikləri razılaşmaların üstündən xətt çəkmək olar...

Demirik ki, itki böyükdür. Ən azı ona görə ki, bu müddət ərzində hansı razılaşmaların əldə olunması haqqında elə bir məlumat da yoxdur. Amma bəlli olan budur ki, iki ölkənin prezidentləri görüşündən sonra Yerevanda dərhal izdihamlı mitinq keçirildi.

Bu, təxminən prezidentlərin Paris görüşündən sonraya təsadüf edirdi. Düzdür, baş tutmuş etirazları ölkənin Avrasiya İttifaqına inteqrasiyası ilə izah edənlər də tapıldı. Amma elə bu günlərdə Ermənistanın konstitusiya məhkəməsi Avrasiya İttifaqına qoşulmaq haqqında sənədə «hə» dedi. Bununla bağlı etiraz edən demək olar ki, olmadı.

Ermənistanın əksər siyasi qüvvələri ya Rusiya ilə bağlıdır, ya da öz fəaliyyətlərində ciddi şəkildə bu amili nəzərə alırlar...

Deməli, mitinqlərin predmeti heç də təkcə Avrasiya İttifaqı ilə bağlı deyildi. Üstəlik, həmin etiraz aksiyalarında Dağlıq Qarabağın taleyilə bağlı «narahatlıq» da ifadə olunurdu. Həm də yada salmaq lazımdır ki, Ermənistanın əksər siyasi qüvvələri ya Rusiya ilə bağlıdır, ya da öz fəaliyyətlərində ciddi şəkildə bu amili nəzərə alırlar...

Məhz ona görə də belə bir vaxtda Ermənistana məxsus helikopterin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qaşı həmlə etməsi, helikopter vurulandan sonra isə Kollektiv Təhlükəsizlik Təşkilatının isterik bəyanatlar verməsi elə də təəccüb doğurmamalıdır...

Bütün bunlarda Fransanın vasitəçiliyinə qısqanclıq elementləri duyulur-Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesini həmişə öz siyasi çətiri altında saxlamağa çalışır...

SON 20 İLİN YEGANƏ NAİLİYYƏTİ-ATƏŞKƏS REJİMİ...

Elə bu səbəbdən demək olar ki, hələ uzun müddət nisbi atəşkəs rejimi iki ölkə arasında əldə edilmiş əsas razılaşma olacaq. Problemin siyasi həlli, təxminən 30 il davam edən münaqişənin siyasi həllinin tapılması hələ uzaq gələcəyin işi olacaq...

Amma hər şey bir anormal vəziyyətə işarə edir- neçə illərdir ki, tərəflər nə sülh, nə də ki, müharibə şəraitində yaşamaqda davam edirlər...

Düzdür, Ermənistan parlamenti bu yaxınlarda Dağlıq Qarabağın tanınması haqda növbəti qanun layihəsini rədd etdi. Belə bir mövqe hələ siyasi nizamlanma prosesinin tükənmədiyini düşünməyə imkan verirdi. Amma hər şey bir anormal vəziyyətə işarə edir- neçə illərdir ki, tərəflər nə sülh, nə də ki, müharibə şəraitində yaşamaqda davam edirlər...

Hər iki tərəfdə artıq nəsil dəyişməsi baş verir. Bir tərəfdən bu, yaxşıdır. Bu vaxtadək baş vermiş ağrı-acıları unuda bilməyən nəsil ortadan çıxır və onun yerini daha gənc və üzərində keçmişin yükünü daşımayan gənclik tutur...

Amma bir nəsil böyük zaman intervalı deməkdir. Əgər bu vaxt ərzində heç nə edilməyibsə, münaqişənin siyasi həlli tapılmayıbsa onun gələcəkdə tapılacağına ümid yoxdur, ona görə ki, yetişməkdə və ataların-babaların yerini tutmaqda olan nəsil böyük neqativ münasibət yükü də alır...

Onlara bu neqativ yük, hətta nifrət rəsmi təbliğatlar vasitəsilə aşılanır. Qədim yunanlar «katarsis»ə-müharibənin mənəvi saflaşma funksiyasına inanırdılar və belə hesab edirdilər ki, insanlar faciələrdən, o cümlədən də müharibələrdən safalaşaraq çıxırlar...

FƏLSƏFƏ BİR ŞEYDİR, REAL HƏYAT BAŞQA...

Qədim yunanlar «katarsis»ə-müharibənin mənəvi saflaşma funksiyasına inanırdılar və belə hesab edirdilər ki, insanlar faciələrdən, o cümlədən də müharibələrdən safalaşaraq çıxırlar...

Amma real həyatda belə olurmu? Əfsus ki, yox. Müharibə, təbii ki, o, hələ bitməyibsə, insanlara yalnız nifrət aşılayır. Yalnız müharibə bitəndən sonra və müharibənin yaraları tədricən sağalandan sonra güman etmək olardı ki, hər iki tərəfdə insanlar tədricən biri-birini başa düşməyə çalışacaq...

İndi isə müharibə bitməyib, çünki iri miqyaslı hərbi əməliyyatların dayanması hələ o demək deyil ki, savaş bitib. Münaqişənin siyasi həlli tapılana qədər tərəflər arasında periodik olaraq ixtilaflar yaşanacaq...

Hər dəfə tərəflər siyasi nizamlama məqamına çatanda dərhal hansısa bir qarşıdurma elementi işə salınır. Bunların daha çox Rusiya tərəfdən başlanğıc götürməsinin fərqindəyik. Rusiya istəyirmi ki, Dağlıq Qarabağ de-yure və de-fakto Ermənistanın olsun? Yox, istəmir. Rusiya istəyirmi ki, Dağlıq Qarabağ Azərbaycanın olsun? Yox, bunu da istəmir...

Rusiya istəyir və daim ona çalışır ki, Dağlıq Qarabağ ortalıqda bölünməyən bir «alma» kimi qalsın. Bu ölkə göylərdən alma düşəcəyinə inanmır, ona görə də yerdəki «almalar»dan, xüsusən də özünün yetişdirdiyi «almalar»dan möhkəm-möhkəm yapışır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG