Keçid linkləri

-

Nokia şirkəti ötən gün yeni bir cihazı tanıdacağını müjdələmişdi. Nəhayət, hər kəsi təəccübləndirən Nokia N1 planşeti təqdim edildi.

Əsas hissələrinin «Microsoft»a satılandan sonra yox olacağı düşünülən Nokia ötən günlərdə bir daha telefon istehsal etməyəcəyini açıqlamışdı.

«Slush 2014» konfransından təqdim edilən Nokia N1 adlı Android platformalı planşet illərin Nokia təcrübəsini yeni bir planşetdə bizə təqdim edir.

Cihaz 7.9 düyümlük ekrana, 2.3 Ghz sürətində 64 Bit Intel Atom Z3580 prosessora,5300mAh batareyaya, 32 GB daxili yaddaşa, 2 GB RAM-a sahibdir.
Nokia N1-in Full HD video çəkə bilən 8 Mp-lik arxa, 5 Mp-lik ön kameraları var.

Cihazın digər önə çıxan cəhəti USB kablosunu hər ik tərəfə taxmağa imkan verən mikro-USB 2.0 Type C konnektoruna sahib olmasıdır.

Önümüzdəki həftələrdə 249 dollar qiymətlə ilk olaraq Çində satışa çıxarılacaq Nokia N1-in başqa hansı ölkələrdə satışa çıxarılacağı hələlik bilinmir.

XS
SM
MD
LG