Keçid linkləri

Təcili xəbərlər

Facebook qruplarda ünsiyyəti asanlaşdırdı


iOS və Android cihazları üçün "Qruplar" proqramı
iOS və Android cihazları üçün "Qruplar" proqramı

-

Facebook istifadəçilərin üzv olduğu qruplara mobil cihazlardan daha rahat bir şəkildə çatmalarını təmin edəcək “Qruplar” mobil proqramını təqdim edib.

Proqram iOS və Android cihazlara görə dizayn edilib. Yeni proqram eyni maraq dairəsi və ya məqsədlərə sahib olan insanlar üçün mesajlaşmadan daha artıq imkanlar verir.

Bu proqramla istifadəçilər qrupdakı insanlarla bir qrup keçmişi yarada bilərlər. Onlar bütün qruplarla bağlı necə və nə zaman bildiriş alacaqlarını özləri tənzimləyə bilərlər.

Proqram açıldığı zaman başda ən önəmli qruplar görünür. Bütün qruplar bir yerdə toplandığı üçün insanların bir-biri ilə ünsiyyəti daha asan və sürətli olur.

İstifadəçilər yeni bir qrup yaratdıqda, ya da bir qrupa üzv olduqda paylaşımlarının kimlər tərəfindən görülə biləcəyini qrup gizlilik ayarlarından və üzv siyahısından görə bilərlər.

XS
SM
MD
LG