Keçid linkləri

-

Bir müddətdir ki, istifadəçilər Facebook-un Messenger-i mobil proqramından ayırmağından şikayətçidirlər. Belə ki, Facebook-un öz mobil proqramından mesajlaşmaq mümkünsüz olmuşdu.

Facebook istifadəçilərin bu şikayətini diqqətə alıb Messenger-i yenidən proqramın daxilinə keçirməyi planlaşdırır.

Messenger-in istifadəsi rahat olsa da dəyişiklik bəzi istifadəçilər üçün elə də uyğun deyildi. Yeni model telefonlarda və planşetlərdə proqram rahat işləsə də, zəif funksiyalı telefonlarda problemlər yaranırdı.

Facebook Messenger-i yenidən mobil proqramının içərisinə yerləşdirəcəyini açıqlayıb. Bu da istifadəçilərə yenidən Facebook-un mobil proqramı daxilindən mesajlaşma imkanı verəcək.

Dəyişikliyin qısa zamanda baş verəcəyi iddia olunur.

XS
SM
MD
LG