Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanı Şimali Koreyaya oxşadan cəhətlər


Arxiv fotosu: Keçmiş prezident Heydər Əliyev (solda) oğlu İlham Əliyevlə, 21 mart 2003
Arxiv fotosu: Keçmiş prezident Heydər Əliyev (solda) oğlu İlham Əliyevlə, 21 mart 2003

-

Gözlə

No media source currently available

0:00 0:04:08 0:00
Direct-ə keçid


HƏR İKİSİNİ KOREYALILAR YARADIB...

Bu dünyada formaca eyni, məzmunca biri-birinə zidd iki ölkə var. İkisi də eyni millətin adını daşıyır. Onlardan biri Şimali, digəri isə Cənubi Koreyadır.
Sonuncu detal bu vaxta qədər çox dəbdə olan bir fikri təkzib etmək iqtidarındadır. O fikir də budur ki, guya hər bir millət öz hakimiyyətinə layiqdir. Bu fikirdən çıxış etsək, bilmək olmur ki, koreyalılar hansı dövlətə layiqdir - Şimali, yoxsa Cənubi Koreyaya?

Hər iki dövlət yetərincə tanışdır. Birində demokratiya ab-havası hökm sürür, o birisi isə özündə totalitarizmin ən əcaib-qəraib təzahürlərini ehtiva edir...

Bu ölkələrdən biri - Şimali Koreya ilə bağlı məlumatları, tele-süjetləri gülmədən qəbul etmək mümkün deyil. Əslində onlar gülməli deyil, qorxulu və ağlamalıdır. Amma gülüş də insanın özünüqoruma instinktidir. İnsan bəzən ən acı şeyləri gülüşlə neytrallaşdırır, gülüşlə zərərsizləşdirir...

Cənubi Koreya isə ciddi ölkədir, hətta iqtisadiyyatın bəzi sferalarında dünyanın ən aparıcı ölkələrin dabanını tapdayır. İnsanlar malların üstündə bu ölkənin etiketlərini görəndə onlara etibar edir, texnoloji innovasiyalardan söhbət düşəndə qeyri-ixtiyari olaraq bu ölkə də yada düşür...

AĞ İLƏ QARANI BİRLƏŞDİRMƏK OLARMI?

Ən qəribəsi isə odur ki, bəzi ölkələr bu iki ölkənin sintezini qurmağa, iqtisadi siyasəti Cənubi Koreyada olduğu kimi, siyasəti isə Şimali Koreya kimi formalaşdırmağa çalışırlar...

Belə ölkələrdən biri də Azərbaycandır. Burada müəyyən qədər modernləşmənin, iqtisadi azadlıqların zərurətini dərk edirlər. Bunu ona görə qəbul etmək məcburiyyətindədirlər ki, əks təqdirdə on milyonluq milləti yedizdirmək zorunda qalarlar...

...guya hər bir millət öz hakimiyyətinə layiqdir. Bu fikirdən çıxış etsək, bilmək olmur ki, koreyalılar hansı dövlətə layiqdir - Şimali, yoxsa Cənubi Koreyaya?

Amma siyasətdə innovasiyaları, yeni texnologiyaları, xüsusən də demokratiyanı qəbul etməkdən çox-çox uzaqdırlar. Bu, onlara öz hakimiyyət sükanlarını uzun müddətə hifz etmək və onu heç kimlə bölüşməmək üçün lazımdır...

Təbii ki, konvergensiya ideyası yeni deyil. Onu azərbaycanlı məmurlar da fikirləşməyiblər. Əvvəllər konvergensiyanın ən uğurlu nümunəsi kimi sosializmlə kapitalizmin qovuşmasını görürdülər.

Bəlkə də bunun ən bariz və ən uğurlu nümunəsi müasir kapitalist ölkələridir –onlar azad bazar iqtisadiyyatı ilə sosial hüquqları çox uğurlu şəkildə çulğalaşdıra biliblər...

ÇİN MÜVƏQQƏTİ İSTİSNADIR...

Amma siyasi avtoritarizmlə azad bazar iqtisadiyyatını, mütərəqqi və azad bazar münasibətlərini bir araya gətirə bilən ölkələrin sayı o qədər də çox deyil. Buna misallara axtaranda təbii ki, yada düşən ilk ölkə Çin olur. Amma bu da müvəqqətidir, ölkələri haqqında ucadan danımağa cəsarət edən çinlilər özləri bu haqda həyəcan və təlaşla danışırlar...

Amma hələ ki, Çində bu sintez davam edir. Çinin hakim partiyası buna hələ neçə il müəyyəssər olacaq, bu, ayrı bir sualdır...

Azərbaycanlı məmurlar bir o qədər də strateji planlaşdırma ustaları deyillər.
Üstəlik, onlar çinlilər qədər siyasi cəhətdən mütəhərrik də deyillər.
Bu adamlar 21-ci əsrdən daha çox feodal münasibətlərin hökm sürdüyü orta əsrlərə meyllidirlər.

GETDİKCƏ DAHA ÇOX OXŞAYIR...

Görək Azərbaycanı Şimali Koreya ilə bir sırada tutmağa imkan verən əsas əlamətlər hansılardır?

Bəlkə də ən birinci onu qeyd etmək lazımdır ki, hər iki ölkə demokratik Qərbi özünə opponent hesab edir.

Təsadüfi deyil ki, yüksək çinli azərbaycanlı məmurlar arasında Qərbi yamanlamaq, onun qarasınca danışmaq adi bir haldır. Burada İranda və ya elə Şimali Koreyada olduğu kimi Qərbi hələ ki özlərinin düşməni adlandırmağa cəsarət etmirlər, amma onun dost olmadığını açıq deyirlər...

İki ölkə arasında daha hansı paralellər mövcuddur? Hər iki ölkədə ailə-klan hakimiyyətinin əcaib forması bərqərar olub. Xəbər proqramları daha çox ailə və qəbilə xronikasına bənzəyir.

“İki Koreyanın sintezindən nə alınar?” sualının cavabı budur: bu, elə bir şeydir ki, azərbaycanlı məmurlar artıq neçə illərdir onun üzərində baş sındırır və lap qədim əlkimyaçılar kimi metalı qızıla çevirməyə cəhd edirlər...

Avtoritetləşmə, şəxsiyyətə pərəstiş hər iki ölkədə son həddədir. Hətta baxıb görürsən ki, Şimali Koreyada belə liderlərin tutaq ki, nasazlığı haqqında danışa bilirlər. Amma Azərbaycanda hətta bu da yoxdur...

DOĞRUDANMI ERMƏNİ LOBBİSİNİN İŞİDİR?

Total təbliğat maşını ona işləyir ki, cəmiyyətdə hakimiyyətin nədəsə və haradasa zəif yerlərinin olması təsəvvürü yaranmasın.

Onların bəlkə də Qərbi birdəfəlik düşmən adlandırmamasının da səbəbi elə budur: qorxurlar ki, cəmiyyətdə bu hakimiyyətin problemləri, xarici siyasətindəki uğursuzluqları haqqında fikir formalaşa bilər. Onlar isə bunu istəmir və özlərini elə göstərirlər ki, Qərbdə guya ki, onları sevənlər və sevməyənlər var.

Üstəlik, son vaxtlar bir tendensiya formalaşıb: haradan tənqid və irad gəlirsə deyirlər ki, bu, erməni lobbisinin işidir. Amma həmişə belədirmi?..

Elə bu səbəbdən də “İki Koreyanın sintezindən nə alınar?” sualının cavabı budur: bu, elə bir şeydir ki, azərbaycanlı məmurlar artıq neçə illərdir onun üzərində baş sındırır və lap qədim əlkimyaçılar kimi metalı qızıla çevirməyə cəhd edirlər...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG