Keçid linkləri

Təcili xəbərlər

««Facebook» fərdi məlumatınızı üçüncü tərəfə ötürə bilər»


«Facebook»
«Facebook»

-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə xəbərdarlıq edib.

Mərkəz sosial şəbəkələr və hər hansı veb saytlarda qeydiyyatdan keçərkən onların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.

Mərkəz istifadəçilərin fərdi məlumatlarının konfidensiallığının təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi şərti olduğu halda, həmin veb saytlarda qeydiyyatdan keçməyi məsləhət görmür.

ETM-in bu tövsiyəsinə səbəb «Facebook» sosial şəbəkəsinin öz istifadə şərtləri, fərdi məlumatlardan istifadə siyasətini dəyişməsi barədə bildiriş yayması olub.

Belə ki, fərdi məlumatlardan istifadə siyasətində istifadəçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra maddələrlə yanaşı, onları narahat edə biləcək dəyişiklik də var: «Sosial şəbəkə 1 yanvar 2015-ci il tarixindən etibarən öz istifadəçilərinə heç bir xəbərdarlıq etmədən onlara məxsus məlumatların üçüncü tərəfə - reklam şirkətləri, operatorlar və digər maraqlı tərəflərə ötürülməsi barədə qərar qəbul edib».

Qeyd edək ki, sosial şəbəkənin rəhbərliyi bütün istifadəçilərə bildiriş göndərməklə hal-hazırda bu barədə onları məlumatlandırır. Siyasətdəki bu önəmli dəyişikliklə razı olmayan istifadəçilər bu sosial şəbəkədən istifadəni dayandıra bilərlər.

XS
SM
MD
LG