Keçid linkləri

-

Bu günlər «Facebook»da sürətlə yayılan virus Rusiyada və Danimarkada yol tapdığı kompüterləri sıradan çıxarır.

Müəmmalı virusun başqa ölkələrdə də yayılması istisna edilmir. Hər şey ondan başlayır ki, «facebook»da dostlarından birinin səni videoya taq etməsi haqda xəbər gəlir. Videonun başlığı onun özəl görüntü olduğunu bildirdiyindən istifadəçilərdə ona baxmağa güclü maraq doğura bilir. Videonu açanlar virus qarşısında öz hesabları ilə birlikdə dostlarının da facebook səhifələrinə yaşıl işıq yandırırlar.

Kiber təhlükəsizliyi ekspertləri artıq virusun mənbəyini aşkar ediblər, hazırda onun yol açdığı sistemlərin virusdan təmizlənməsi yolları araşdırılır.

Ekspertlər «facebook» istifadəçilərini xəbərdar edirlər ki, şübhə doğuran videoları dərhal açmağa tələsməsinlər. Taq olunduqları dostlarını da birbaşa yazışma ilə virus təhlükəsindən xəbərdar etsinlər.

XS
SM
MD
LG