Keçid linkləri

Təcili xəbərlər

Google-un «sürücüsüz avtomobil»i göründü


Google avtomobili
Google avtomobili

-

Google-un bir neçə il öncə başlatdığı sürücüsüz avtomobil layihəsi tamamlanıb. Yaxın vaxtlarda ictimaiyyətə açıq şəkildə yollarda testlər başlayacaq. Avtomobilin ilk fotosu da ortaya çıxıb.

AVTOMOBİL YOLLARA ÇIXIR

Şirkətin rəsmi Google Plus hesabından edilən paylaşımda sürücüsüz avtomobilin bir fotosu yayımlanıb. Verilən məlumata görə, avtomobilin qapalı testləri bir-iki həftə davam edəcək. Bundan sonra isə ictimaiyyətə açıq testlər keçiriləcək.

Avtomobilin təhlükəsizlik məqsədli bir sürücüsünün olacağı, səyahətlərin əksəriyyəti öz-özünə, avtomatik gerçəkləşsə də, təcili vəziyyətlərdə manual (əllə) müdaxilə edilə biləcək.

Avtomobilin gələn il Şimali Kaliforniya yollarında olacağı gözlənilir.

XS
SM
MD
LG