Keçid linkləri

Təcili xəbərlər

Whatsapp mobildən kompüterlərə də keçir


Arxiv fotosu
Arxiv fotosu

-

Bu gündən etibarən istifadəçilər kompüterdən də «WhatsApp»laşa biləcəklər.

Bu barədə WhatsApp-ın rəsmi bloqunda məlumat verilir.

Hələlik Google Chrome-da işləyən proqramı iOS cihazları dəstəkləmir.

WhatsApp-ı web vasitəsiylə işlətmək üçün «web.whatsapp.com»-a daxil olub telefonunuzdakı whatsapp proqramını açıb QR kodu scan etmək lazımdır.

Web-dən söhbət edə bilməyiniz üçün telefonunuz internetə bağlı olmalıdır və bağlantını kəsməməlisiniz.

QR kodu scan edə bilmək üçün WhatsApp –ın son, yenilənmiş versiyasından istifadə etmək lazımdır.

Menyudan «Whatsapp Web app» düyməsini basaraq ekrandakı QR kodu oxumalısınız.

Əməliyyati iOS xaric, Android, Android, Windows Phone, BlackBerry ve Nokia S60-da gerçəkləşdirilə bilər. iOS-un kənarda qalma səbəbi bu platformadakı məhdudiyyətlərlə izah olunur. Buna səbəbdən bir müddət gözləmək lazımdır.

Ən son yazılan

XS
SM
MD
LG