Keçid linkləri

Təcili xəbərlər

Facebook-dan WhatsApp-a bağlanmaq mümkün olacaq


WhatsApp və Facebook
WhatsApp və Facebook

-

Almaniyanın «Bild» qəzetində çıxan xəbərə görə, istifadəçilər bu dəfə veb-brauzerdən Facebook vasitəsilə WhatsApp-a girə biləcəklər. İddiaya görə, istifadəçilər alpha.whatsapp.com ünvanında yer alan və Facebook üzərindən WhatsApp SSO bağlantısı istəyən bu yeni özəlliyi istifadə edə biləcəklər.

FACEBOOK MESSENGER VƏ WHATSAPP BİRLİKDƏ İŞLƏYƏCƏKLƏR

Xəbərə görə, alpha.whatsapp.com saytından Facebook hesabı ilə WhatsApp-a bağlanmaq mümkün olacaq. Buradan istifadəçilər həm Messenger, həm də WhatsApp-ı bir arada işlədə biləcəklər.

Xidmətin hələlik test mərhələsində olduğu bildirilir. Qeyd olunur ki, bu səbəbdən onu yalnız layihədə qeydiyyatda olan işçilər işlədə bilir.

XS
SM
MD
LG