Keçid linkləri

Bir qətlin iziylə…


Prezident Vladimir Putin Dövlət Dumasında müxalifət fraksiyasının lideri Boris Nemtsov-u qəbul edir - 4 iyul 2000

Prezident Vladimir Putin Dövlət Dumasında müxalifət fraksiyasının lideri Boris Nemtsov-u qəbul edir - 4 iyul 2000

-

QƏTLLƏR DƏ ADİLƏŞİR...

İnsanlar, bir çox hallarda, siyasətçilərə qarşı biganə, hətta bir az da qəddar olurlar. Onları bütün bəlaların baiskarı saydıqlarından, münasibətləri də buna uyğun gəlir...

Amma rusiyalı siyasətçi Boris Nemtsov-un qətlə yetirildiyi yerdə üst-üstə qalaqlanmış gül dəstələrini seyr edəndə, görürsən ki, yox, hətta siyasətçiləri də ehtiramla yad edənlər tapılır...

İndi mübaliğəsiz demək olar ki, həmin qətl bir neçə gün xəbər proqramlarının diqqətində qaldı. Çox güman, hələ bir müddət də belə olacaq...

Rusiyada belə müdhiş qətllər siyahısını jurnalist Vladislav Listyev-dən başlamaq mümkündür. Zamanla, hər şey kimi, qətllər də adiləşdi. Yanılmırıqsa, yaddaşımız aldatmırsa, sonra çox hay-küylü, gurultulu daha iki jurnalist qətli baş verdi...

Təbii ki, Boris Nemtsov da sıradan biri deyildi və hissiyyatımız bizə deyir ki, böyük ehtimalla, bu qətlin də üstü açılmayacaq... Düzdür, qatil(lər)in izinə düşmək üçün bəzi detallar var. Ən azı, siyasətçiyə atəş açılan maşının görüntüsü və Nemtsov-un ölümünə şahid qız – ukraynalı model ortadadır...

NEMTSOV-U NİYƏ ÖLDÜRƏ BİLƏRDİLƏR?

Siyasətçiləri niyə öldürürlər? Çox maraqlıdır ki, belə qətllər zamanı versiyalar sırasında ən axırıncı yerdə siyasi motivlər gəlir, daha çox biznes və şəxsi motivlər önə keçir...

Amma qətlin siyasi motiv daşımasına işarə edən çoxlu detal var...

Nemtsov prezident Vladimir Putin-in əsas siyasi opponentlərindən idi...

Deyilənə görə, qətlə yetirildiyi vaxtdan təxminən bir saat əvvəl radioların birinə - «Exo Moskvı»ya müsahibə də vermiş və həmin müsahibədə də hakimiyyəti sərt tənqid etmişdi...

Nemtsov-u səciyyələndirən bir özəllik də bəzi müxalifətçilərdən fərqli olaraq bilavasitə hakimiyyət təcrübəsi olmasıydı. Hakimiyyət onu «küçədən gələn» adam kimi təqdim edə bilmirdi...

Qətlin ertəsi günü Nemtsov-un təşəbbüsü ilə böyük etiraz nümayişi keçirilməliydi. Qətl baş verəndən sonra onu anım yürüşünə çevirdilər. Bu, təbii ki, belə də olmalıydı - həm mərhumun xatirəsi, həm də qətli siyasiləşdirməmək haqda «ictimai» çağırışlar bunu tələb edirdi...

Qətl Qızıl Meydanda - Moskvanın ən çox qorunan yerlərindənbirində, Kremlin bir addımlığında baş vermişdi. Qətl üçün məhz bu yerin seçilməsi çox maraqlıdır... Hiss olunur ki, qatillər Nemtsov-un gündəlik planlarından, hətta hərəkət marşrutundan yaxşı məlumatlı imişlər...

Nemtsov-u səciyyələndirən bir özəllik də bəzi müxalifətçilərdən fərqli olaraq bilavasitə hakimiyyət təcrübəsi olmasıydı. Hakimiyyət onu «küçədən gələn» adam kimi təqdim edə bilmirdi...

Bir sözlə, Nemtsov-u hakimiyyət dairələrinin sevməməsinə yetərincə əsas vardı; o, Vladimir Putin-i müharibə partiyasının lideri adlandırır, onun siyasətini kəskin tənqidə tutur, Rusiyada Qərbin dəstək verdiyi əsas siyasətçilərdən biri sayılırdı...

SİYASƏTİN ƏQRƏBİ HARA DÖNƏCƏK?

Başqa vaxt bu detallar önəmli olmaya da bilərdi. Amma V.Putin-in ölkəni, sözün əsl mənasında, siyasi dalana dirədiyi indiki vaxtda bunların hər biri önəm qazanmaq gücündəydi. Bəzən rəqib düşərgənin «qara siyahı»sına düşmək üçün, sadəcə, nüfuz və siyasi təcrübə sahibi olmaq yetər...

İndi bir sual hamıya maraqlıdır: Proseslər indən belə necə inkişaf edəcək?

Açığını demək lazımdır ki, V.Putin Rusiyada vəziyyətə kifayət qədər nəzarət edə bilir. O üzdən düşünmürük ki, hansısa qlobal və dramatik bir hadisə baş versin - bəzən hətta izdihamlı tədbirlər və o cümlədən izdihamlı dəfnlər də, təəssüf ki, müxalifətin bilavasitə gücünə dəlalət etmir...

Rusiya özünün islahatçılarına həmişə ögey övladları kimi baxıb. Nemtsov da bir siyasi nəsli təmsil edirdi... Belələrini Rusiyada heç də sevmirlər.

Bütövlükdə götürsək, Rusiya tarixində qətllərin mühüm yeri var. Bu ölkənin tarixçiləri hətta sovet dövründən əvvəl baş vermiş qətllərə də mistik don geyindirməyi sevirlər...

Sovet dövründə ən çox yadda qalan, təbii ki, Sergey Kirov-un qətli olub. Onun opponenti Joseph Stalin bu qətldən çox özünəməxsus şəkildə faydalanıb. Həmin qətl «qırmızı terror»un başlanmasına bəraət qazandırıb. İndi güman etmirik ki, Putin Nemtsov-un qətlini də repressiya başlatmağa bəhanə saysın...

Yox, repressiya olmayacaq. Hərçənd, bu qətl Putin-in durumunu yetərincə ağırlaşdıracaq dönüş nöqtəsi də ola bilər...

İndilik daha çox bunu demək olar ki, Rusiyanı saran soyuq qəfəs bir az da soyuyacaq. Bunu fərz etmək heç də böyük siyasi təcrübə istəməz...

RUSİYANIN ÖGEY ÖVLADLARI...

Ən başlıcası bilirsiniz nədir? Rusiya özünün islahatçılarına həmişə ögey övladları kimi baxıb. Nemtsov da bir siyasi nəsli təmsil edirdi və neoimperializmdən uzaq, praqmatik, Rusiyanın yerini Avropada görən, öyrənmək və görüb-götürmək qabiliyyəti olan adam idi...

Belələrini Rusiyada heç də sevmirlər. Onlar həmişə Rusiyanın ögey övladları sayılıb. Təəssüf ki, bu «ənənə» hələ də qalır, çünki Rusiyada «ənənə»lərdən qopmaq istəyi hələ də elə güclü deyil...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG